Böyük zəfərin 44 an
"An" - kəlməsi
şübhəsiz ki, omonium
sözdür: "ən
qısa zaman" mənasını
özündə ehtiva
edir. "Anım"
- xatırlamaq, yada salmaq
anlamını da özündə,
mahiyyətində, məğzində
daşıyır. "Anlamaq"
- sözünün də
"an" və "anım"
deyimləri ilə eyni qan qrupuna
məxsusluğu analizsiz
də bəlli gerçəklikdir. Eyniköklü
bu üç sözün kombinasiyasından
fərqli məntiqə
hədəflənsək - "An"ın əhəmiyyətini
"anlamaq"la "anım"lar
milli yaddaş pasportuna
sahiblənir... Min illərdən
bəri süzülüb
gələn Qobustan qayalarındakı "an"lar və "anım"lar kimi...
İkinci
Qarabağ müharibəsində
tariximizin və zəfərimizin 44 anı
və Azərbaycan Prezidentinin sərəncamı
ilə son 4 ildən bəri bir dəqiqəlik
sükut anımı cəmiyyətin ruhundan, düşüncəsindən, anlamından
keçərək əbədiləşdirilmişdir.
Tariximizin
44 anı - hər an 44 gün qədər
dolğundur. Mübariz
əhval-ruhiyyəli igidlərin
şəxsi şücaət
epizodları zəngin
Zəfər salnaməmizdir!
Milli Ordumuzun 27 sentyabr 2020-ci ildə əks-hücuma başlaması, xüsusi əməliyyat keçirməsi
Lələtəpə, Tovuz
döyüşlərindən sonra labüd idi, tarixi zərurətə
çevrilmişdir.
Doğrudur, düşmənin mənfur,
təcavüzkar niyyətindən
öncə xəbər
tutan Azərbaycan rəhbərliyi, müvafiq
qurumlar müəyyən
hazırlıq işləri
görülmüşdülər. Əhalinin təhlükəsizliyi
üçün düşmənlə
təmas xəttinə
yaxın kəndlərdə
sığınacaq yerləri
hazırlanmışdır. Məhz buna görə yaşayış məskənləri
ermənilər tərəfindən
mütəmadi ağır
silahlardan atəşə
tutulsa da, dinc əhali arasında itki gözlənildiyi qədər olmamışdır.
Bununla belə, 27 sentyabr gecəsi qəfil, xaincəsinə hücuma keçən erməni faşistləri Azərbaycan Ordusunun hissələri tərəfindən
ciddi müqavimətlə
üzləşmiş, on illərlə
qurduqları hərbi sədlər, havadarları
tərəfindən "Peşkəş"
edilmiş ən müasir silahlar onları aciz, mağmın durumdan, ruh düşkünlüyündən,
psixoloji çaşqınlıqdan
xilas edə bilməmişdir. Həmin
gün, Ermənistanın
vəhşi təcavüzü,
xəyanətkar hücumu
ilə bağlı Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev saat 11.50-də xalqa müraciət edərək demişdir:
"Bu gün səhər
Ermənistan silahli qüvvələri bir neçə istiqamətdən
müxtəlif növ
silahlardan, o cümlədən
ağır artilleriyadan
istifadə edərək
bizim yaşayış
məntəqələrimizi, eyni zamanda, hərbi
mövqelərimizi atəşə
tutmuşdur".
Prezidentin
sirayətedici təsirə
malik səsi alman faşistlərinin
Sovetlər Birliyinə
qəfil hücumunu ölkəyə yayan məşhur diktor Yuri Levitanın məğrur, əzəmətli səs tembrini xatırladırdı,
insanları səfərbərliyə
səsləyirdi...
Ali Baş Komandan erməni faşistlərinin
ali məqsədini xalqa müraciətində
vurğulayaraq deyirdi:
"Ermənistan bu təxribatı törətməklə...
ilk növbədə Azərbaycan
torpaqlarının işğalı
onların planındadır
və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı
yeni işğalla hədələməyə
çalışırdı, yeni ərazilər uğrunda
yeni işğal siyasəti.
Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin
siyasəti!"
Bəli,
Prezident düşmənin
əsas məqsədini
- işğalçılıq siyasətini açıq şəkildə xalqın
diqqətinə çatdırmaqla
bu münaqişənin
Vətən müharibəsi
olduğunu ilk anlardan bəyan edərək müraciətinin sonunu nikbin notlarla bitirmiş, qələbənin,
zəfərin əsas
şüarını elan etmişdir:
"Ermənistan işğalçı
dövlətdir, bu işğala son qoyulmalıdır
və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Müharibənin ilk günündə Ali Baş Komandanın
"Biz zəfər çalacağıq!
Qarabağ Azərbaycandır!"
- nidaları hər kəsin inamını, özünəgüvənini daha
da artırdı, milli birliyi
möhkəmləndirdi, vahid
komandanlıq altında
döyüşçülərin qələbə əzmini
yüksəltdi.
Prezidentin
xalqa növbəti müraciəti 4 oktyabr tarixinə təsadüf edir. Mavi ekranlardan
bütün dünyada
yaşayan soydaşlarımıza
üz tutan Ali Baş Komandan ilk cümləsində elan etdi:
"Bu gün Cəbrayıl
şəhəri və
Cəbrayıl rayonunun
doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə
bütün Azərbaycan
xalqını ürəkdən
təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik
edirəm. Onların qəhrəmanlığı, şücaəti
nəticəsində bu
gün bizim doğma torpaqlarımız
bizə qayıdıb".
Otuz ilə yaxın doğma torpaqlarına həsrət qalan qaçqınlar və məcburi köçkünlər
qulaqlarına inanmadı,
sevincdən donub yerlərində qadılar...
insanlar kövrəldi,
göz yaşlarını
saxlaya bilmədi, ata-babalarının yurd yerlərini görməyən
uşaqlar televizoru qucaqlayıb öpüşlərə
qərq edirdi. Bu xəbərdən Azərbaycanın
beli dikəlmişdi, gözlərdə sevinc parıldayırdı. Gənclər
səfərbərlik məntəqələrinə,
döyüş bölgələrinə
kütləvi axın
edirdi. Erməni faşizminin beynəlxalq arenada təbliğatçısı
Vladimir Solovyov aparıcılıq etdiyi şouda erməni əsgərlərinin
vətənpərvərliyini tərifləyərkən ekranda
Azərbaycan çağırışçılarının
sıxlığını görüb əsəblərinə
nəzarət edə bilməmişdir.
Beləcə, Azərbaycanın cəsur
əsgər və zabitləri Ali Baş Komandanın tapşırıqlarını
vaxtında yerinə yetirmiş, ümidini və etmadını yüksək səviyyədə
doğrultmuşdur. Keçilməz
hesab edilən, 180 km uzunluğunda olan Ohanyan səddi qələbə eşqi ilə ürəkləri çırpınan Azərbaycan
qartallarının qarşısını
kəsə, hücumun
sürətini azalda bilməmişdir. Günaşırı
xarici jurnalistlərə
müsahibə verən,
Azərbaycan həqiqətlərini
dünyaya çatdıran,
Ermənistanın və
havadarlarının feyk
məlumatlarını, böhtanlarını
təkzib edən Azərbaycan Prezidentinin xalqa növbəti müraciəti 9 oktyabr tarixində baş tutmuşdur. Dövlət başçısı ordumuzun
Hadrut qəsəbəsini və
8 kəndin azad edildiyini, düşmənin
16 komanda məntəqəsinin,
196 tankının, çoxsaylı
artileriya qurğularını,
zenit-raket kompleksini,
S-300 raketlərini, radiolakasiya
stansiyalarını məhv
edildiyini bildirmiş, təmas xəttindəki mühəndis-istehkam qurğularının
dağıdıldığını bəyan etmişdir. Bütün bu itkilərindən düşmən
demək olar ki, quduzlaşmış, beynəlxalq
qanunlara məhəl qoymayan Ermənistan Gəncə və Mingəçevir şəhərlərini
raket atəşinə
tutmuş, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Bərdə
rayonunun dinc əhalisinə ağır
artilleriyadan zərbələr
endirmiş, 2000-dən çox
evi yerlə-yeksan etmişlər.
Prezident
İlham Əliyev 17 oktyabr
tarixli xalqa müraciətində demişdir
ki, "Müzəffər Azərbaycan
Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri,
yeni yaşayış məntəqələrini
işğalçılardan azad edir. Bizim
qisasımız doyüş
meydanındadır".
Azərbaycan tərəfindən aparılan
döyüş mərdi-mərdanə,
kişiyanə, beynəlxalq
qanunlara, insan haqlarına uyarlı aparılan döyüş,
vətənin azad edilməsi uğrunda barışmaz mübarizə,
fədakarlıq salnaməsi
idi. Ali Baş Komandan Füzuli şəhərinin azad edilməsi münasibətilə
xalqa müraciətində
demişdir: "Bu gün
tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində,
Azərbaycan dövlətinin
tarixində əbədi
qalacaqdır. Bu gün
biz hamımız, bütün
Azərbaycan xalqı
- xalqımızın, dövlətimizin
ən parlaq səhifəsini yazırıq,
birlikdə yazırıq.
Biz bu gün həmrəylik, qarşılıqlı
dəstək, birlik göstərərək bu
şanlı tarixi yazırıq".
Bəli,
Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev lideri olduğu mərd və qüdrətli xalqın iradəsinə arxalanaraq, rəhbərlik etdiyi müzəffər ordu ilə əsl
tarix yazdı; yeni dövrün azadlıq, müstəqillik, qəvi düşməndən bac almaq,
ona diz çökdürmək
tarixini yazdı. O, növbəti müraciətləri
ilə Xocavənd, Zəngilan, Qubadlı şəhərləri və
kəndləri ilə
birlikdə azad edildiyi barədə xalqı müjdələdi.
Və nəhayət, Müzəffər Ali Baş
Komandanın 2020-ci il 8 noyabr
tarixli qürur və fəxarət hissi ilə xalqa müraciətində
bəyan etmişdir:
"İyirmi səkkiz
il işğal altında
olan Şuşa azad edildi! Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq!
Biz bu tarixi Qələbəni döyüş
meydanında qazandıq.
2020-ci il noyabrın 8-i Azərbaycan
tarixində əbədi
qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu, bizim Şanlı Qələbəmizin, zəfərimizin
günüdür! Bu qələbəni
biz doyüş meydanında
qazandıq, danışıqlar
masası arxasında yox".
Qarabağ zəfərini biz halallıqla,
namusla, qeyrətlə,
canımız-qanımız hesabına qazandıq. Ona görə də 44 günlük qələbəmiz
mücadilə tariximizin
qızıl səhifələridir.
Çünki bu səhifələr general, Milli Qəhrəman
Polad Həşimov,
Milli Qəhrəman, polkovnik
İlqar Mirzəyev, Vətən Müharibəsi
qəhrəmanlarından polkovnik
Zaur Nudirəliyev, polkovnik-leytenantlardan Əfqan
Əbdürrəhmanov, Orxan
Əkbərov, Anar Əliyev, Faiq Qasımov, Vüqar Ağayev və yüzlərlə-minlərlə şəhidlərimizin qızıl
qanları ilə yazılmışdır. Prezidentimiz
qeyd etdiyi kimi: "Bu tarix əbədi yaşayacaqdır!"
Tariximizin
27 sentyabrdan başlayan
44 anı - hər an
44 gün qədər
dolğun, Vətən
qəhrəmanlarının şəxsi şücaət
epizodları ilə əngin və zəngin Zəfər salnaməmizdir!
Qarabağın azadlığı, ölkəmizin suverenliyinin bərpası uğrunda həlak olan şəhidlərimizi ehtiramla anırıq, ruhları şad olsun!
RÜSTƏMLİ Asif
525-ci qəzet.-
2025.- 27 sentyabr (№175).- S. 10.