Azərbaycan dialektologiyasına töhfə
Naxçıvan şivələri tarixən
həmin ərazidə
məskunlaşmış qədim
türk tayfalarının
dili əsasında əmələ gəlmiş,
ədəbi dillə əlaqədə formalaşmışdır.
Bu şivələr Azərbaycan
dili dialektlərinin cənub qrupuna aid olub, dialekt xüsusiyyətləri
Güney Azərbaycan,
Şərqi Anadolu və
İraq bölgələrini də əhatə edir. Naxçıvan şivələrinin öyrənilməsinə
keçən yüzilliyin
ortalarında başlanılmış,
indiyə kimi uğurla davam etdirilir. İlkin tədqiqatlardan sonra Naxçıvan bölgəsində
iki dialekt (Naxçıvan və
Ordubad) və üç
şivə (Culfa, Şərur, Şahbuz) müəyyən olunmuşdur.
Naxçıvan və
Ordubad əhalisinin danışığı
ədəbi dildən
kəskin fərqlənmədiyinə
görə şivə
adlandırılması daha
məqsədəuyğundur. Hazırda Naxçıvan
bölgəsində altı
şivə (Naxçıvan,
Ordubad, Culfa, Şərur,
Şahbuz, Kəngərli,
Sədərək) mövcuddur.
Buna görə də
bölgənin nitqi Naxçıvan qrupu şivələri və ya qısa şəkildə
Naxçıvan şivələri
adlandırılması məqbul
sayılır. Naxçıvan
şivələri həmişə
alimlərin diqqət mərkəzində olmuş,
müxtəlif istiqamətlərdə
araşdırılmışdır. Tədqiqatların ilkin mərhələsində dialektoloji
materialın toplanmasına
üstünlük verilmişdir.
1950-1955-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun
dialektoloq alimləri tərəfindən toplanmış
materiallar əsasında
1962-ci ildə "Naxçıvan
MSSR-in dialekt və şivələri" monoqrafiyası
çap olunmuşdur.
Sonrakı mərhələdə
Ordubad (T.Həmzəyev),
Şərur (K.İmamquliyeva),
Şahbuz (N.Əliyeva)
və Culfa (L.Səfərova) şivələri
monoqrafik üsulla araşdırılmışdır. M.Zeynalov, Ə.Quliyev,
N.Əliyeva, Ş.Məmmədova,
R.Zülfüqarlı şivələrin
leksikasını tədqiqata
cəlb etmişlər.
Q.Hacıyeva və Ə.Mahmudova Naxçıvan şivələrini
türk dili ilə müqayisədə
tədqiq etmişlər.
Ə.Amanoğlu, N.Əliyeva və K.Quliyevanın tədqiqatları
ümumiləşdirici xarakter
daşıyır. Dialektoqrafiya
və linqvistik coğrafiya sahəsində
də xeyli nailiyyətlər əldə
olunmuşdur. AMEA Nəsimi
adına Dilçilik İnstitutunun alimləri tərəfindən dörd
dildə (Azərbaycan,
türk, rus və ingilis) "Azərbaycan dilinin Naxçıvan dialektoloji
lüğəti", Ə.Quliyev və N.Əliyevanın
həmmüəllifliyi ilə "Naxçıvan
dialekt və şivələrinin lüğəti",
S.Zeynal və E.Abışov tərəfindən
"Tivi şivəsinin
izahlı lüğəti"
hazırlanmışdır. 2015-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dialektoloqları
tərəfindən dörd
dildə (Azərbaycan,
türk, rus, ingilis) 250 izoqloss-xəritədən
ibarət "Azərbaycan
dilinin Naxçıvan
dialektoloji atlası"
nəşr olunmuşdur.
Görkəmli alim Əfülfəz
Amanoğlunun Naxçıvan
şivələri ilə
bağlı tədqiqatları
- "Nahçıvan ağzı"
və " Nahçıvan
ağızlarının söz
varlığı" kitabları
Türkiyədə yayımlanmışdır.
Bütün bunlara baxmayaraq, Naxçıvan şivələrinin müasir
durumunun öyrənilməsinə,
etnolinqvistik və koqnitiv üsullarla öyrənilməsinə zərurət
yaranmışdır. Bu baxımdan
tanınmış dialektoloq-alim,
filologiya elmləri doktoru Nuray Əliyevanın
yaxın günlərdə
Əcəmi nəşriyyatında
iki cilddə çap olunmuş "Naxçıvan şivələri
(fonetika, morfologiya, sintaksis) və "Naxçıvan şivələri
(leksika, frazeologiya, leksikoqrafiya)" monoqrafiyaları
təqdirəlayiqdir.
Naxçıvan şivələrində ilkin tədqiqatlardan keçən zaman kəsiyində
cəmiyyətin sosial-iqtisadi
inkişafi, Qərbi Azərbaycandan əhalinin miqrasiyası, ədəbi
dilin təsiri, qədim xüsusiyyətlərin
arealının məhdudlaşması,
innovasiyaların əmələ
gəlməsi, arxaik sözlərin neologizmlərlə
əvəzlənməsi nəticəsində
dəyişikliklər yaranmışdır.
Mənsub olduğu dialekti araşdıran N.Əliyeva bu
halları müşahidə
eləmiş, zəngin
dialektoloji material toplayaraq
daha çox özəl xüsusiyyətləri
sinxron və diaxron baxımdan tədqiq etmişdir.
Monoqrafiyanın birinci cildində
dilin fonetika, morfologiya və sintaksis səviyyələri
şivələrdən müxtəlif
illərdə toplanmış
konkret nümunələrlə
şərh olunur. Naxçıvan şivələrinin
ədəbi dillə və digər şivələrlə ortaq
xüsusiyyətləri ilə
yanaşı, özəl
cəhətləri də
geniş yayılmışdır.
Məsələn, ə səsinin
geniş tələffüzü
(sə:vınıram, də:yil,
sənə nə:, bə: nə: bə: və s.), incə i səsinin
qalın ı səsinin
məxrəcində tələffüzü
(təlıs, qədım,
gəlın, cəvız
və s.), Ordubad şivələrində
ə səsinin qalın
a səsinin məxrəcində
tələffüzü (gal, haylə), Ordubad və Şahbuz şivələrində
ç səsinin qovuşuq
şəklində tələffüzü
( ay, ırax, əltix
və s.), əksər
şivələrdə a səsinin
ddodaqlanan variantı
(mal, hamı, baxaram, çalışır, apararıx
və s.), l səsinin
yumşaq variantı
(lap, ilan, pul, qulax, olan, alim, alver) və s. bu şivələrin səciyyəvi xüsusiyyəti
kimi müəllif tərəfindən qeydə
alınmışdır.
Naxçıvan şivələrində dilimizin qədim xüsusiyyətləri daha
çox qorunub saxlanmışdır. Tədqiqatda
qədim xüsusiyyətlər
yazılı abidələrin
materialları ilə müqayisədə müəyyən
olunur. Tədqiqat zamanı türk dillərinin qədim və orta əsrlər
yazılı abidələri
ilə çox sayda oxşar xüsusiyyətlər aşkara
çıxarılır. Naxçıvan
şivələrində velyar ? və
qovuşuq ? səslərinin
işlənməsi, a>ə, u>ü, ə>a,
ö>o, o>a, u>ı, ü>i,
e>ö, e>i, e>ə, t>d, b>p,
d>t, b>m, y>g, n>m və s. səs dəyişmələrinin
geniş yayılması
dili mizin tarixi ilə bağlıdır.
Naxçıvan şivələri oğuz
qrupu türk dilləri, xüsusilə də türk dili və dialektləri
ilə ortaq xüsusiyyətlərə malikdir.
Velyar ?
səsinin işlənməsi,
i>ı, a>e, ö>o, ü>u,
a>u, e>ö, o>u, e>i, k>g, t>d,
b>p, ç>ş, x>h və s. səs dəyişmələri
türk dilləri və dialektləri ilə uyğunluq təşkil edir.
N.Əliyeva Naxçıvan
şivələrinə xas
xüsusiyyətlərin tarixi
inkişafını izləyərək
onların tayfa mənsubiyyətini də müəyyənləşdirmişdir. Tədqiqatdan aydın olur ki, Naxçıvan şivələrinin xüsusiyyətləri
mənşəcə əsasən
oğuz, qismən də qıpçaq tayfalarının dili ilə bağlıdır.
e>i (çiynəməx,
didi, ilə max, ginə, bilit, cijim, midal və
s.), ə>i (xiyal, zincir, yihər, şikil ),
i>ə (həməşə,
həmən, əyə
"yiyə" və
s.), d>t ( tam "dad", tüşünmə
tişlədi, tifar və s.), ç>ş (heş,
üş, qoş, geş, aş, qaş), b>m (mahna" bə- hanə", bağman) və s. səs əzəzlənmələri
qıpçaq, təsirlik
halda- yı (Sədərək), II şəxs-
də - ı,-ı ız
mənsubiyyət şəkilçisi
oğuz tayfalarının
xüsusiyyəti kimi mühafizə olunur.
Dialektlərdə feilin qrammatik məna növləri ədəbi dillə əsasən eyniyyət təşkil etdiyi üçün dialektoloji
araşdırmalara cəlb
olunmamışdır. N.Əliyevanın müşahidələrinə
görə, Naxçıvan
şivələrində fərqli
cəhətlər mövcuddur.
Alimin qənaətinə
görə, Ordubad şivələrində
adlardan feil əmələ gətirən
- lan,-
lən şəkilçisi
-ıl şəkilçisi
nin mövqeyində işlənərək məchul
feillər əmələ
gətirir: dəyişlən,
bişirlən, yoğurlan,
yığışlan, suvarlan
və s. feillər konteksdə məchul feil (bişirildi, dəyişildi, yoğruldu,
yığışıldı, suvarıldi v s.) funksiyası
yerinə yetirir.
Monoqrafiyada Naxçıvan şivələrinin
xüsusiyyətləri digər
şivələrlə, müasir
türk dilləri və dialektləri ilə müqayisədə
olunur. Aparılan müqayisələrdən aydın
olur ki, Naxçıvan
bölgəsində cənub
şivələrinə xas
xüsusiyyətlərdən əlavə, qərb və şərq şivələrinin xüsusiyyətləri
də məhdud ərazidə təzahür
edir. Naxçıvan şivələri daha çox Güney Azərbaycan şivələri
və İraq-türkman
ləhcəsi ilə oxşar cəhətlərə
malikdir. Bu da tarixi əlaqələrlə və
əhalinin miqrasiyası
ilə bağlı yaranmışdır. Naxçıvan
şivələrinin müasir
türk və türkmən dilləri və dialektləri ilə oxşar xüsusiyyətlərinin çoxluğu
da tarixən bu ərazilərdə oğuz
tayfalarının məskunlaşmasını
təsdiqləyən dəyərli
faktlardandır.
Monoqrafiyanın ikinci cildində
dilçiliyin leksika, frazeologiya və leksikoqrafiya sahələri
Naxçıvan şivələrinin
materialları əsasında
araşdırılır. Naxçıvan
şivələrinin leksikası
bir-iki tədqiqat əsəri istisna olmaqla tam araşdırılmamışdır.
N.Əliyeva da leksikaya dair araşdırmalarını bu
kitabda ümumiləşdirmişdir.
Burada ayrı-ayrı fəsillərdə leksik vahidlərin yaranma yolları, mənşəyi,
istifadə dairəsi və leksik-semantik məna qruplarının araşdırılması Naxçıvan
şivələrinin zənginliyini
göstərir. "Naxçıvan
şivələrinin frazeologiyası"
fəsli daha maraqlıdır. Frazeoloji birləşmələr xalqın
təfəkkürünün ilkin məhsulu olub türk dillərinə xas ən qədim ifadələrdir. Bu ifadələrə
sərhəd qoymaq mümükün deyildir. Naxçıvan bölgəsində
də yayılan frazeologizmlər digər dialektlərlə və türk dilləri ilə oxşar olsa da, forma özəlliyi
ilə müşahidə
olunur. Kitabın "Leksikoqrafiya" bölməsində
Naxçıvan şivələrinə
aid lüğətlər barədə
məlumat verilir, hər birinin səciyyəvi cəhətləri
və əhəmiyyəti
qeyd edilir.
Sonda qeyd etmək istəyirəm ki, Nuray Əliyevanın "Naxçıvan şivələri" (iki cilddə) monoqrafiyası xalqımızın və dilimizin tarixinin öyrənilməsində dəyərli mənbə olmaqla yanaşı, dialektoloji araşdırmaların yeni istiqamətlərdə genişlənməsində stimul olacaqdır.
Məhərrəm MƏMMƏDLİ
525-ci qəzet.-
2025.- 26 sentyabr (№174).- S.13.