V Beynəlxalq Dil Tərcüməşünaslıq Konfransının açılış mərasimi olub

 

Dünən Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyənin Səlcuq Universiteti ilə birlikdə təşkil etdiyi V Beynəlxalq Dil Tərcüməşünaslıq Konfransının açılışı mərasimi olub.

 

Konfransa dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə Yunanıstanın 102 universitetindən 234 elm adamı qatılıb. Sentyabrın 26-də davam edəcək konfrasda məruzələr həm əyani, həm onlayn formatda, konfransın işçi dilləri olan Azərbaycan, türk, ingilis, rus, ərəb Çin dillərində dinləniləcək.Açılışda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın, eləcə Azərbaycanın Türkiyənin tanınmış elm təhsil xadimlərinin, dilçilərinin, ədəbiyyatşünaslarının, tərcüməçilərinin təbrik sözləri səsləndirilib.Çıxış edən ADU-nun elm innovasiya məsələləri üzrə prorektoru, professoru Həmidə Əliyevə bildirib ki, konfrans müddətində ümumilikdə 42 bölmə 1 xüsusi paneldə 223 məruzənin dinlənilməsi planlaşdırılır. Konfransın istiqamətləri dilçilik, tərcümə, ədəbiyyatşünaslıq, pedaqogika, mədəniyyətşünaslıq xarici dil tədrisi üzrədir. Xaricdən gələn qonaqlar üçün Bakının tarixi məkanlarını, muzeylərini, turistik yerlərini əhatə edən şəhər gəzintisi keçiriləcək. Konfransın materialları tezislər toplusu məqalələr toplusu olmaqla iki fərqli kitab şəklində Türkiyənin beynəlxalq nəşriyyat statusuna sahib Cizgi Yayın evində yayımlanacaq.

Həmidə Əliyevə qeyd edib ki, Azərbaycan Dillər Universiteti güclü bir ənənə üzərində qurulmuş zəngin tarixə malikdir. Bu gün Azərbaycan Dillər Universiteti sonsuz fürsət gələcək yeni perspektivlərə, müvəffəqiyyətə, uğurlara imza atır. ADU Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir: "ADU - Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) 2005-ci dildə tətbiq edən ilk ali təhsil müəssisəsidir. Eyni zamanda Azərbaycan Dillər Universiteti 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ilk universitetlərdəndir. Tədrisin keyfiyyətini artırmaq beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici universitetlərlə əlaqələri genişləndirmək, ikili çoxtərəfli layihələrə qoşulmaq, akademik mobilliyə imkan yaratmaq universitetin əsas prioritet istiqamətlərindəndir. Universitetimizin "İnkişaf Strategiyası"nda nəzərdə tutulan strateji məqsəd hədəflərin reallaşdırılması, güclənən beynəlxalq nüfuzu bu vizyonun reallığa çevriləcəyinə olan əminliyimizi müəyyən edən əsas məqamlardır".Səlcuq Universitetinin Mütərcim tərcümanlıq bölməsinin rəhbəri, konfransın təşkilat komitəsinin sədri, professor Onur Köksal deyib ki, Səlcuq Universiteti Türkiyənin qabaqcıl təhsil ocaqlarından biridir. Universitet çoxlu akademik proqramlar təklif edir. Tələbələrə keyfiyyətli təhsil vermək məqsədi daşıyır. Səlcuq Universiteti həm tədqiqat innovasiya sahəsində qabaqcıldır. Türkiyədə təhsil sahəsində mühüm yer tutan bu qurum milli beynəlxalq qurum kimi tanınır. Universitet tələbələrə sosial mədəni fəaliyyətlər təklif etməklə kampus həyatını zənginləşdirir. Bu fəaliyyətlər tələbələrin sosial bacarıqlarını inkişaf etdirir. Bundan əlavə, Səlcuq Universiteti müxtəlif təlim sənət fəaliyyətləri təklif edir. Bu, tələbələrin fiziki zehni inkişafına kömək edir. Sonra Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi praktikası kafedrasının professoru Qılıncxan Bayramov, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Səlcuq Universitetinin müəllimi Rövşən Ramizoğlu konfransla bağlı fikirlərini bölüşüblər.

 

S.QARAYEVA

 525-ci qəzet.- 2025.- 25 sentyabr (№173).- S.9.