Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanış mərasimi keçirilib

 

Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Sentyabrın 28-də Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının təqdimatında Üzeyir HacıbəylininKoroğluoperasının yeni quruluşda nümayişi keçirilib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü suverenliyinin tam bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin qətiyyətli addımlarının nəticəsi kimi müasir tariximizə yazılıb. Bu böyük dönüş mədəni həyatımızın bütün sahələrinəteatr, muzey, konsert sərgi fəaliyyətinə yeni məzmun gətirib. Son illərdə klassik irsin yenidən dəyərləndirilməsi, səhnə ekran əsərlərinə müasir baxışların tətbiqi diqqətəlayiq istiqamətlərdən biridir. Hazırlanan layihələrdə həm dövrün aktual çağırışları, həm milli-mənəvi dəyərlərin, tariximizin mədəniyyətimizin təbliği xüsusi önəm daşıyır. Üzeyir HacıbəylininLeyli Məcnunoperasının, Fikrət Əmirovun "Nəsimi dastanıbaleti “PAŞA Bank”ın dəstəyi ilə yenidən bərpa olunan müasir səhnə estetikasına uyğunlaşdırılanKoroğlutamaşasına münasibətdə bu amilləri görmək mümkündür. Çünki mədəniyyət sahəsində yaradılan məhsullar təkcə estetik zövqü deyil, həm ictimai yaddaşı milli kimliyi möhkəmləndirən mühüm vasitədir.

Koroğluoperasını rəsmilər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət elm xadimləri, ictimaiyyət nümayəndələri operasevərlər izləyiblər.

Səhnə əsəri Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev tərəfindən hazırlanıb. Orkestrin dirijoru Mustafa Mehmandarov, tamaşanın quruluşçu rəssamı SSRİ Xalq rəssamı Tahir Salahov, rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə, repetitorlar Xalq artisti Mədinə Əliyeva Əməkdar artist Yuri Lobaçevdir.

Üçpərdəli, 5 şəkilli tamaşada Azərbaycanın aparıcı səhnə ustaları iştirak ediblər. Əsərin baş qəhrəmanı Koroğlu (Rövşən) obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov canlandırıb. Nigar rolunda Əməkdar artisti İlahə Əfəndiyeva, Həsən xan obrazında isə Əməkdar artist Cahangir Qurbanov çıxış ediblər.

Ehsan paşaFəhmin Əhmədli, İbrahim xan – Nazim Mahmudov, Həmzə bəyƏməkdar artist Fərid Əliyev, AlıXalq artisti Əkrəm Poladov, kəndli Nadir Eyvaz rollarında isə Nəzər Bəylərov səhnədə olub.

Digər rolları isə Əməkdar artist Əliəhməd İbrahimov (Təlxək Carçı), Hidayət Əliyev (Polad), Xalq artisti Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artist Tural Ağasıyev Məmmədhəsən Şəmmədov (Əyanlar) canlandırıblar.

Zəngin ifa tərkibi yüksək səhnə mədəniyyəti ilə təqdim olunan tamaşa Üzeyir Hacıbəyli festivalının yaddaqalan anlarından olub. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişin sonunda yaradıcı heyət səhnənin önünə gəlib, əsərin baş qəhrəmanını canlandıran Xalq artisti Yusif Eyvazov çıxış edib, tamaşaçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq pedaqoq, Azərbaycanın SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb.

Türk Mədəniyyəti İrsi Fondu ilə ICESCO-nun dəstək verdiyi festival bu il bir sıra ölkələrdən (Türkiyə, Portuqaliya ,ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası s.) tanınmış ifaçı kollektivləri, musiqişünasları bir araya gətirib.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər rayonunu da əhatə edib. Eləcə bu çərçivədə unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert müvafiq tədbirlər xarici ölkələrdə rellaşdırılıb.

 

 

525-ci qəzet $g 2025.- 30 sentyabr (¹176).- S.10.