Üzeyir Hacıbəyliyə həsr olunmuş monoqrafiyası ingilis dilində çap olunub

 

 

AMEA-nın Memarlıq İncəsənət İnstitutunun Musiqi tarixi nəzəriyyəsi şöbəsinin müdiri, tanınmış musiqişünas alim, akademik Zemfira Səfərovanın dahi Azərbaycan bəstəkarı ictimai xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuşÜzeyir Hacıbəyli həyatı yaradıcılıq fəaliyyətiadlı monoqrafiyası ingilis dilində çapdan çıxıb.

 

Elmnəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul redaktoru isə Memarlıq İncəsənət İnstitutunun direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur.

 

Dahi bəstəkarın həyat yaradıcılığının, həmçinin elmi pedaqoji fəaliyyətinin işıqlandırıldığı monoqrafiyaya akademik İsa HəbibbəyliÜzeyir Hacıbəyli sənətinin elmi varisiadlı Ön söz yazıb.

 

Kitabda Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti geniş şəkildə təhlil olunur, onun ədəbiyyat, incəsənət, təhsil mətbuat sahəsində, xüsusilə Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolu ölməz əsərləri ətraflı şəkildə işıqlandırılır. Müəllif, həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinə gətirdiyi yenilikləri, “SənsizSevgili cananromanslarının əhəmiyyətini, “Azərbaycan xalq musiqisinin əsaslarıəsəri ilə qoyduğu nəzəri bünövrəni xüsusi vurğulayır. Nəşrdə bəstəkarın publisist elm təşkilatçısı kimi fəaliyyəti diqqət mərkəzindədir.

 

Akademik Zemfira Səfərova kitabda Üzeyir Hacıbəylinin irsini yalnız sənət müstəvisində deyil, həm milli kimlik, vətənpərvərlik elmi irs prizmasından təqdim edir. Onun dahi bəstəkarın həyat yaradıcılığı ilə bağlı apardığı çoxillik tədqiqatların nəticəsi olan bu əsər, Üzeyirşünaslığın fundamental mənbələrindən biri kimi qiymətləndirilir.

 

Qeyd edək ki, akademik Zemfira Səfərova yarım əsrdən artıq bir müddətdə Üzeyir Hacıbəylinin ölməz irsini hərtərəfli araşdırıb, çoxsaylı monoqrafiya məqalələrlə yanaşı, müxtəlif ölkələrdə onun haqqında elmi əsərlər nəşr etdirib. Onun elmi fəaliyyəti nəticəsində Üzeyir Hacıbəyli yaradıcılığı yalnız Azərbaycanda deyil, dünya musiqişünaslıq elminin diqqət mərkəzinə çıxarılıb.

 

Böyük bəstəkar ictimai xadim Üzeyir Hacıbəylinin həyatı ölməz sənətinə həsr olunmuş, oxuculara ingilis dilində təqdim edilən bu monoqrafiya akademik Zemfira Səfərovanın dahi bəstəkarın 140 illik yubileyi münasibətilə ərsəyə gətirdiyi dəyərli elmi töhfədir. Bu kitab, həmçinin dünya şöhrətli dahinin sənətinin ingilis dilində yenidən təqdim olunması baxımından da böyük əhəmiyyət kəsb edir.

 

525-ci qəzet.- 2025.- 30 sentyabr (¹176).- S.10.