Arxitektura, insanın təbiətlə rəqabət
səhnəsidir
(Əvvəli ötən
şənbə sayımızda)
Bina tikintisində təkcə
sütunun istifadə edilməsi sahəsindəki
yunanların kəşfi
olduqca böyük hadisə xarakteri daşımağa başladı.
İri binaların, məbədlərin, sarayların
tikintisi həm də hökmən dəqiq hesablamalar aparılmasını tələb
edirdi və bu sahədə də yunanlar elmi nailiyyətlərdən
də geniş istifadə etmişdi.
Onların ən mühüm
nümunəsi Akropoldakı
Parfenon məbədi idi. Bu, sonralar, bizim eranın XVIII və XX əsrlərində
klassik arxitekturanın
yaranmasını planlaşdırmağa
kömək etdi.
Yunanıstanın teatrları isə
əsl arxitektura inciləri idi, onlar təkcə böyüklüyünə görə
deyil, həm də yüksək akustikası ilə seçilirdi. İndi də
səhnədən yavaş
səslə deyilən
sözü ən yuxarı yarusdakı oturacaqda əyləşən
adam yaxşı eşidir. Olimpiya oyunları da hər dörd ildən bir keçirilməklə,
gənclərə rəqabət
hissi təlqin edirdi.
Lakin yarımadanın hər yerində mədəniyyət
inkişaf etməmişdi,
iri tikintilər getmirdi. Peleponnesdə yerləşən Spartada abadlığa, ümumiyyətlə
var-dövlətə fikir
verilmirdi. Burada gənclər vuruş sənətinə öyrədilirdi,
dövlət hərbi
maşına çevrilmişdi.
Spartalılar döyüşdə
igidlikləri ilə ad çıxarmışdılar.
Fermopil keçidində
300 spartalı sayca dəfələrlə böyük
olan Persiya ordusuna ağlasığmaz
müqavimət göstərib,
həlak olmuşdu.
Qədim
yunan məbədləri
adlı nümunələrə,
həm də onlara bəzək verən yeni heykəllər,
sütunlar daxil idi. Tikililər öz sütunları, xüsusən kapitelləri
ilə başqalarından
seçilirdi. Dorik sütunu sadə idi, ion ordeni dörd qoç buynuzundan ibarət idi, korinf sütunu
isə ion kapitelinə
bənzəməklə, akanta
yarpaqları ilə bəzədilmiş kimi və daha gözəl
görünürdü. Sütunlarla
yanaşı, ondakı
kapitel ordenlərindən
fərqli olan frizlər də mövcud idi. İngilislər tərəfindən
XIX əsrdə Akropoldan
götürülmüş frizlər hazırda Londonun Britaniya muzeyində saxlanılır.
Qədim
Roma irsi isə dünyaya hətta yunanlardan da daha çox təsir göstərmişdir. Buna da səbəb
roman arxitekturasının daha
geniş ərazidə
yayılması idi. Yunanlardan fərqli olaraq, qədim romalılar üç qitədə böyük ərazilər işğal
etməklə, imperiyanın
hər yerində möhtəşəm tikililər
seriyası meydana gətirmişdilər. Təkcə
Avropada onlar bizim dövrə qədər əhəmiyyətini
itirməmiş yol şəbəkəsini yaratmışdılar.
İctimai tikintilərə
gəldikdə, bu gün də Fransada, İspaniyada, Türkiyədə, Şimali
Afrikada romalıların
tikdikləri teatr binalarının, amfiteatrların,
iri məbədlərin
qalıqlarına rast gəlmək mümkündür.
Qədim
romalıların tikinti
praktikası, yunan irsini mənimsəməklə,
onu daha da inkişaf etdirdi. Roma imperiyası təkcə Apennin yarımadasında deyil, işğal etdikləri bütün ərazilərdə şəhərlər
salır, gözəl
teatr binaları və qladiator yarışı üçün
amfiteatrlar tikirdilər.
Bunu da onlar, əslində qədim yunanlardan əxz etmişdilər. B.e.ə.
IV əsrdə Makedoniyalı
Aleksandr Aralıq dənizinin
və Nilin sahilində gözəl Aleksandriyanı və Asiyada az qala
sayı yüzə qədər olan digər şəhərlər
salmışdı. Roma sərkərdəsi
Yuli Sezar bu ənənəyə sadiq qalaraq, Aralıq dənizi sahilindəki Marsellə rəqabət aparmaq üçün, onun yaxınlığında abad
Arl şəhərinin
əsasını qoymuşdu.
Burada öz iri həcmi ilə seçilən qədim amfiteatr indiyədək qalır. Arl məşhur niderlandlı rəssamı
Vinsent van Qoqa görə daha çox xatırlansa da, onu tikdirən Yuli Sezarın böyük işinə, təəssüf ki, o qədər
də diqqət verilmir.
Yaxud b.e.ə. I əsrdə İspaniyadakı Meridada mərmərdən tikilmiş
gözəl teatr binası, qladiatorların su döyüşü üçün çəkilmiş
dar kanallar və şəhəri su ilə təmin
edən akveduk indiyədək qalır. Romalılardan xatirə kimi qalan ən
möhtəşəm akveduk
isə Seqoviya şəhərində saxlanıb,
qalmaqda davam edir. İndiki Türkiyə ərazisindəki
Halikarnasda (müasir Konyada) gözəl açıq teatr, öz səhnəsi və tamaşaçılar
üçün daş
oturacaqları ilə indiyədək qalır.
Yunanlardan
sonra romalılar Avropada, Şimali Afrikada və Asiyada böyük iz qoyub getdilər.
İmperiya işğal
etdiyi ərazilərin
də inkişafına
qayğı göstərir,
orada mədəniyyəti
geniş tətbiq edirdilər. Onlar yunan arxitekturası nümunələri əsasında
mərmərdən geniş
istifadə edirdilər.
Onlar qət etmişdilər ki, mərmər
heç nədən qorxmur, möhkəm
material olmaqla, həm də yaxşı yonulur. Yunanlar öz arxitekturasında mərmərdən sütunlar
üçün bütöv
buloklardan kimi istifadə edirdilər. Mərmər, tikililərin
fasadı üçün
də əvvəllər
məlum olmayan estetik rol oynayırdı.
Mərmər min illər
boyu öz əhəmiyyətini itirməmiş,
indi də həm müasir tikinti materialı kimi, həm də binaya gözəllik vermək üçün geniş istifadə olunur. Mərmər daşların
bol olduğu Yunanıstanda bu qiymətli materialın tətbiqi geniş yayılmışdır. Özbəkistandakı
günəş işığı
rəngində olan mərmərin bolluğu hesabına təkcə paytaxtda deyil, rayon mərkəzlərində də
ictimai binalar tikilirdi.
Tikinti materialları və arxitekturanın inkişaf yolları
Tikinti, materiallardan istifadə etməklə inşa edilirdi. Onların içərisində yararlı
daş daha böyük əhəmiyyətə
malik idi. Kərpic də daş kimi oda və
havanın dəyişilməsinə
müqavimət keyfiyyətinə
görə struktura materialı kimi vacib idi. Quruması
ehtiyacına görə
kərpicin ölçüsü
məhdud olurdu. Ağac materialı nəqlinə və işlənmək üçün
asan olmasına görə digər təbii vasitələrdən
seçilirdi. Sonralar dəmirdən və poladdan istifadə olunmasına başlandı.
Bu, qədimdən arxitekturada
mühüm innovasiya idi. XX əsrdə isə polad karkas konstruktsiyasının
təkamülü, divarların
və möhkəmliyi
dəstəkləməyin bütöv
konsepsiyasını bütünlüklə
dəyişdi.
Sement və su qarışığından
meydana gələn beton daşa bənzər bir materiala çevrildi. Alaqapının icadı və tətbiqi ilə iki problem həll olundu. Onda yüngül kərpic daş kimi istifadə olunurdu, həm də onu daşımaq
və bu materialla əllə işləmək daha asan idi. Alaqapı
ağır yükü
daşımağa daha
yararlığı ilə
seçilirdi. Dəyirmi
tikinti kimi qübbə, qədim Yaxın Şərqdə,
Hindistanda və Aralıq dənzi ətrafında meydana gəlmişdi. Ondan hilal şəklində romalılar iri tikintilərdə isifadə
edirdilər. Romada Panteonun, Konstantinopolda Aya Sofiyanın qübbələri
çox iri həcminə görə böyük şöhrət
tapmışdılar.
Ətraf
mühit arxitekturası
mənzərənin mövcud
elementləri ilə
"şəhər məkanı"
arasında harmoniya yaratmağa xidmət edirdi.
Tikinti -
inşaat işləri
genişləndikcə, bu,
iqtisadi inkişafın
mühüm sahəsinə
çevrilirdi, tikinti materiallarının yararlılığına
və çeşidliliyinə
olan tələbat daha da artırdı və yüksəlirdi. Əvvəlki təbii mənşəli materiallara,
insanın özünün
işə saldığı
yeni, o vaxtadək məlum
olmayan material növləri
meydana gəldi. Romalılar öz axtarışlarına sadiq
qalaraq, əvəzsiz tikinti materialı olan betonu icad
etdilər. Beton, sementlə suyun qarışdırılmasından əmələ gəlir, müəyyən vaxt ərzində quruyur və möhkəmlənir.
Romalılar betondan tikintidə həm də daşı əvəz etmək üçün istifadə
edirdilər. Adətən
beton, bünövrə
üçün daha çox işlədilirdi,
onun üstündə
isə mərmərdən
istifadəyə keçilirdi.
Böyük tikinti və abadlıq işləri hesabına paytaxt Roma özü iri şəhərə çevrilmişdi.
Əgər b.e. I əsrində, Neronun dövründə burada
100 min adam yaşayırdısa,
II əsrdə, imperator Adrianın
dövründə şəhərin
artıq 3 milyon sakini var idi. Burada şəhər salma praktikası da uğurlu həll edilmişdi. Yeddi təpədə yerləşən
Roma öz landşaftının
rəngarəngliyindən də
özünün möhtəşəm
arxitekturası üçün
yaxşı istifadə
etmişdi. Mərkəz
rolunu əvvəldən
oynayan Kapitoli və sonralar isə Vatikan təpələri abadlığı
ilə başqalarından
daha da fərqlənmişdi.
Təsadüfi deyildir
ki, Romanın şəhərsalma
planlaşmasından Nyu-Yorkun
böyüdülməsində də istifadə olunmuşdu. Parisdəki Napoleonun tikdirməyə başladığı Zəfər
Tağı da Romadakı
imperatorların memorial sütunlarının
təsirinə məruz
qalmışdı. Roma irsi
həm də bütün Orta əsrlər və modern dövrdəki tikililərdə
də öz əksini tapır. Onun özünün arxitekturasına isə başlanğıcdan Misir
və Etrusk üslubları öz təsirini göstərmişdi.
Romalılar alaqapılar
tikməyi etrusklardan götürmüşdülər və onların digər arxitektura nümunələrindən də
geniş istifadə etmişdilər.
Roma ordusu əraziləri işğal etdikcə, orada kiçik və böyük şəhərlər salmış,
öz arxitektura və mühəndislik nailiyyətlərini, sivilizasiya
prinsiplərini yeni ölkələrdə
də tətbiq etmişdilər. Bu sahədə
də yunanların təcrübəsindən istifadə
edilmişdi. Lakin romalıların
ən mühüm işlərinin qalıqlarını
İtaliyanın özündə
daha çox müşahidə etmək
mümkündür. Başqa
Avropa ölkələrində,
Şimali Afrikada, Kiçik Asiyada və Yaxın Şərqdə onların
ən yaxşı nümunələri saxlanıb,
qalmışdır.
Çox
saydakı Roma arxitektura
nailiyyətləri arasında
qübbələr, hamamlar,
villalar, saraylar və qəbirlər seçilir. Ən yaxşı saxlanan nümunə Romadakı Panteondur. Onu b.e. II əsrində
imperator Adrian təmir etdirmişdi.
Binanın damı indiyədək salamat qalan
ən iri Roma qübbəsidir. Romalıların
digər innovasiyası
isə daş tağdır, onlardan dişli qalereyaları olan arkadalarda, akveduklarda və digər tikililərdə istifadə olunmuşdu. Onlar da yunanlar kimi amfiteatrlar tikirdilər. Nə vaxtsa tikilmiş ən nəhəng amfiteatr Romadakı Kolizey idi (latın
dilində nəhəng
mənasını verən
"Colosseus" adlanırdı),
onda 50 min tamaşaçı
yerləşirdi. Çox
saylı yaruslarda tamaşaçılar üçün
oturacaqlar var idi. Bu nəhəng binanın inşasına b.e. I əsrinin üçüncü
rübündə imperator Vespasianın
təşəbbüsü ilə başlanmış,
onun oğlu Titin hökmranlığı dövründə
80-ci ildə istifadəyə
verilmişdi. Ona görə
də tikinti sülalənin adı ilə həm də Flavi amfiteatrı
adlanır.
Avropada arxitektura şəhərlərin
və xalqların inkişaf səviyyəsinin
əks etdirən cəhətə çevrilməyə
başladı. Burada meydana gələn Qotika üslubu uca hündürlükdə
olan kilsələrin və digər tikililərin yaranmasına
yol açmışdı.
Bu üslubun binaları
iri qüllələrə
malik olurdu. Sonralar onun yerini tutan
Barokko üslubu hündürlüyə olan
diqqəti, artıq binanın fasadının bəzəyinə və quruluşun fərqli olmasına yönəltdi.
Asiyada, xüsusən Hindistanda şəhərlər nəhəng
dini məbəd binaları ilə zənginləşmişdi. Bu binaların
fasadını bəzəyən
erotik mövzudakı heykəlciklər kompleksi onlara xüsusi gözəllik verir. Belə kiçik heykəllərin sayı-hesabı
yoxdur. Təsvirlər
hinduizmi dinini təbliğ etməkdə,
istənilən sekta qruplaşdırılmalarından daha yüksək təsir gücünə
malik olurdu. Bu səhnələr
daşda nəqş olunmuş musiqi təsiri bağışlayırdı,
insanları sevgiyə,
məhəbbətə dəvət
edirdi. Hindlilərin böyük təsiri qonşu və hətta uzaqda olan ölkələrə
də öz təsirini göstərdi.
Kambocanın paytaxtı
və XV əsrdə məhv olan Anqkordakı Anqkor Vat belə heykəllərə
bürünmüş məbədlərlə
dolu idi. Nepalda, hətta uzaq İndoneziyanın Bali
adasında da hind məbədləri
çoxluq təşkil
edir.
Təbiətin möcüzəli şəkildə
mükafatlandırdığı ərəblər isə tikililərə dəbdəbə
və heyranlıq bəxş etməklə,
arxitekturanı daha da zənginləşdirmişdilər. Bəzilərinə təəccüblü
gəlir ki, səhradan
at belində çıxmış
ərəblər belə
gözəl şəhərlər
sala bilmişdilər.
Onlar unudurlar ki, ərəblər tarixdəki
ilk Mesopotamiya şəhərləri
ilə qonşuluqda yaşamışdılar, işğal
etdikləri Persiyadan və müharibələr
apardığı Bizansdan
da çox şeyi götürmüşdülər. Axı Persiyanın qədim paytaxtı olmuş və Makedoniyalı Aleksandr tərəfindən
yandırılmış Persepolis şəhəri gözəl
saraylarına görə
heç də Afinadan geri qalmırdı.
Onun dağıntıları
monumental sütunlardan və
onların kapitellərinin
ağır öküz
başı ilə bəzədilməsindən xəbər
verir. Persiyalılar binaların fasadlarını
qorelyeflərlə bəzədirdilər,
onlarda çar və ona hədiyyə
gətirən əyalət
başçıları təsvir
olunurdu, bu əyalətlər isə
imperiyanın tabeliyində
yaşayırdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2025.- 20 sentyabr (¹170).- S.22.