"Sakit olun, hər şey
yaxşı olacaq!"
AZAL şirkətinin cəsur əməkdaşı
- Azərbaycanın Milli Qəhrəmanı
Hökümə xanım Əliyevanın əziz xatirəsinə
Qorxulu anlarda qorxmadan dedin:
"Sakit olun, hər şey yaxşı olacaq!"
Bilirdin, uçağın yerə düşərkən,
Analar, bacılar saçın yolacaq!
Cəsarətlə baxdın ölüm gözünə,
Qəhrəman adını seçdin özünə,
Dünya heyran qaldı bax bu sözünə:
"Sakit olun, hər şey yaxşı olacaq!"
Hanı o fədakar, qorxmaz pilotlar?!
Göyləri bürüdü ağlar buludlar,
Yaşadacaq verdikləri umudlar:
"Sakit olun, hər şey yaxşı olacaq!"
Sən oldun qəhrəman Azərbaycana,
Şöhrətin yayıldı külli-cahana,
Qoy desin qururla o ata, ana:
"Sakit olun, hər şey yaxşı olacaq!"
Qatillərə həyat oldu zəhərli,
Sizin ölüm - həyat qədər dəyərli,
Vətən yaslı, ürəklər də kədərli:
"Sakit olun, hər şey yaxşı olacaq!"
Ölənlərin məzarına nur yağsın,
Yaralılar şəfa tapıb sağalsın,
Hökümənin sözü dillərdə
qalsın:
"Sakit olun, hər şey yaxşı olacaq!"
Ey ali qanuna laqeyd olanlar,
Məsum insanların canın çalanlar,
Yəqin deyər sizdən qisas alanlar:
"Sakit olun, hər şey yaxşı olacaq!"
1 yanvar 2025-ci il.
Mir Musa HAŞİMİ
(İsveç, Malmö şəhəri)
525-ci qəzet .- 2025.- 7 yanvar(№1).- S.16.