Paytaxtın təhsil
mənzərəsi: ötən ilin diqqətçəkən
göstəriciləri
2024-cü ildə növbəti dövrlər
üçün təhsilin məqsədi olaraq müəyyən
edilən səmərəli təhsil mühitinin
formalaşmasına nail olmaq məqsədilə bir sıra
işlər həyata keçirilib. Məktəbəqədər
təhsilin əhatə dairəsinin genişləndirilməsi,
ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi,
pedaqoji heyətin peşəkarlıq səviyyəsinin
inkişaf etdirilməsi, rəqəmsal səriştələrin
artırılması, məktəb-icma münasibətlərinin
genişləndirilməsi və digər istiqamətlərin hər
biri diqqətdə saxlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
(BŞTİ) verilən məlumata görə, İdarənin
tabeliyində 694 təhsil müəssisəsi fəaliyyət
göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə
511391 şagirdin təlim-tərbiyəsi ilə 30110 müəllim
məşğul olur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil
müəssisələrinin I siniflərində 41176, IX siniflərində
45859, XI siniflərində 32841, XII siniflərində isə (əyani-qiyabi
tam orta məktəb və qiyabi sinifləri) 148 nəfər təhsil
alır.
Ötən il BŞTİ-nin tabeliyindəki 341 məktəbəqədər
təhsil müəssisəsinə 36006 uşaq cəlb olunub.
Həmçinin təqvim ilində paytaxt üzrə yeni
tikilmiş və əsaslı təmir olunmuş 8 məktəbəqədər
təhsil müəssisəsi istifadəyə verilib. Belə
ki, 5 məktəbəqədər təhsil müəssisəsi
(99, 116, 257, 286 və Alim Məmmədov adına) əsaslı
təmirdən sonra istifadəyə verilib. Həmçinin 3
yeni məktəbəqədər təhsil müəssisəsi
(347, 348 və 349) fəaliyyətə başlayıb. Eyni
zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa
işləri aparılıb.
BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil
müəssisəsində 1048 məktəbəhazırlıq
qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq
qruplarına 22698 uşaq cəlb olunub. 47 mindən çox
şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi
aparılıb. Təqvim ili ərzində BŞTİ-nin
tabeliyindəki ümumi təhsil müəssisələri
üzrə 47170 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə
bir məktəbdən digərinə yerdəyişməsi
aparılıb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi
valideynlərin rahatlığına, prosesin daha şəffaf və
operativ həyata keçirilməsinə, əlavə vaxt
itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə
subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
Məlumata görə, Bakı şəhərində
2024-2025-ci tədris ili üçün uşaqların birinci
sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq
olunan ümumi təhsil müəssisələrinin əhatə
dairəsi genişləndirilib. Süni şagird
sıxlığının qarşısını almaq
üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə,
ilk növbədə həmin təhsil müəssisələrinin
mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar
övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan
keçiriblər.
Respublika fənn olimpiadalarının final mərhələsinin
nəticələrinə əsasən 67 paytaxt məktəblisi
qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil
müəssisələrində təhsil alan şagirdlərdən
10 nəfər qızıl, 16 nəfər gümüş, 41
nəfər bürünc medal qazanıb. Ümumi təhsil məktəblərinin
VI və VII sinif şagirdləri arasında IX Respublika Fənn
Müsabiqələri keçirilib. Azərbaycan Respublikası
Təhsil İnstitutu (ARTİ) tərəfindən riyaziyyat,
informatika, təbiət, kimya, fizika, biologiya fənləri
üzrə keçirilən müsabiqələrin final mərhələsinin
nəticələrinə əsasən, 35 nəfər qalib
olub. Qalib şagirdlərdən 10 nəfər qızıl, 8 nəfər
gümüş, 17 nəfər isə bürünc medala layiq
görülüb.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini
ötən il 52 məzun qızıl və gümüş
nişanla başa vurub. Belə ki, paytaxt məktəblərinin
XI sinif məzunlarından 37-si qızıl, 15-i
gümüş nişana layiq görülüb.
İdarədən bildirilib ki, BŞTİ-nin tabeliyindəki
ümumi təhsil müəssisələrini 3320 nəfər
fərqlənmə attestatı ilə başa vurub. Onlardan 1383
nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi
üzrə, 1937 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi
üzrə fərqlənmə attestatı alıb:
"BŞTİ-nin tabeliyindəki 196 təhsil müəssisəsində
təşkil edilən 836 təmayül sinifdə 17424
şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin
artırılmasına xidmət edən təmayül siniflərə
şagirdlərin marağı ilbəil artmaqdadır. İcma əsaslı
məktəbəqədər təhsil qruplarına 834 uşaq
cəlb olunub. BŞTİ-nin tabeliyindəki 18 ümumi təhsil
məktəbində "İcma əsaslı məktəbəqədər
təhsil" layihəsi həyata keçirilir. Elm və Təhsil
Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən
həyata keçirilən layihənin tətbiq olunduğu
paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər
təhsil qruplarına 834 uşaq cəlb olunub. Bakı şəhəri
üzrə ümumilikdə 175 şagird inklüziv təhsilə
cəlb edilib.
Məlumata görə, 2024-2025-ci tədris ili
üçün müəllimlərin işə qəbulu və
yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən
2533 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində
təqvim ili ərzində 2123 nəfər işə qəbul
edilib. 1084 nəfər müddətsiz müqavilə ilə
işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində,
1039 nəfər müddətli müqavilə ilə işə
qəbul üzrə elektron yerləşdirmə nəticəsində.
BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə
Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış
"Ümumi təhsil müəssisələrində
şagird davranış qaydaları" və "Valideyn-məktəb
münasibətlərinin tənzimlənməsi üzrə təlimat"
tətbiq olunur. Həmçinin, şagird davranış
qaydaları tətbiq olunan 48 məktəbdə keyfiyyət
sorğusu aparılıb və sorğuların nəticələrinə
əsasən təkliflər hazırlanıb. BŞTİ-nin
tabeliyindəki təhsil müəssisələrində çevik inspeksiyalar keçirilib.
İnspeksiyaların məqsədi ümumi təhsil müəssisələrində
təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji
və metodiki sənədlərlə işin, əmək və
təhsil qanunvericiliyinin tələblərinin, əmək və
icra intizamının, sənədləşmə işlərinin,
təchizatın və təsərrüfat fəaliyyətinin
real vəziyyətinin öyrənilməsi,
məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi
və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri
tədbirlərin görülməsindən ibarətdir:
"BŞTİ-nin tabeliyindəki məktəbəqədər
və məktəbdənkənar təhsil müəssisələrində
monitorinqlər keçirilib. Monitorinqlər təlim-tərbiyə
prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə
işin, əmək, məktəbəqədər və məktəbdənkənar
təhsil qanunvericiliyinin tələblərinin, əmək və
icra intizamının, qrup və dərnəklərdə
şagird davamiyyətinin yoxlanılması, təchizatın və
təsərrüfat fəaliyyətinin real vəziyyətinin
öyrənilməsi, məlumatların toplanması, təhlil
edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə
nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin
görülməsi məqsədlərinə xidmət edib.
Ötən ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil
məktəblərinin 14 şagirdi buraxılış
imtahanlarında maksimum nəticə göstərib. Paytaxt məktəblərində
təhsil alan 387700 şagird üçün müxtəlif fənlər
üzrə monitorinqlər keçirilib. Paytaxtdakı 45 təhsil
müəssisəsində "Peşə təmayüllü
siniflərin təşkili" layihəsi tətbiq olunur.
BŞTİ tərəfindən təqvim ili ərzində
təhsil müəssisələrində 14 layihə həyata
keçirilib."Məktəbdə...", "Yaşıl
layihə: Təbiəti qoruyanlar", "Ailəm və məktəbim",
"7-dən 17-yə vətənpərvər!", "Təhsil
sistemində uşaq müdafiəsi və təhlükəsizliyi",
"Dəyərlərimizi qoruyaq!", "Onlayn kitab
klubu", "Zərərli vərdişlərə birlikdə
yox deyək", "İdmansevərlər",
"Ədibin Evi"ndə",
"Valideyn-müəllim-şagird
üçbucağı", "Məktəblərin əməkdaşlığı
ilə 45 dəqiqəlik dərs nümayişi", "Məktəblinin
yay mütaliəsi" və "Məktəblinin yay istirahəti"
adlı layihələrin əsas məqsədi şagirdlərə
mənəvi-əxlaqi dəyərlərə hörmət və
ictimai məsuliyyət hissi aşılamaq, istedadlı
şagirdləri aşkara çıxarmaq, mütaliəyə
marağı artırmaq, həmçinin paytaxt məktəblərinin
fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən
ibarətdir".
Vurğulanıb ki,
BŞTİ tərəfindən paytaxtın təhsil
müəssisələri arasında 10 müsabiqə və
olimpiada təşkil edilib. Paytaxt məktəbləri
arasında keçirilən III Bakı Elm Olimpiadası,
"Yaradıcı müəllim: yaradıcı tətbiqetmə"
mövzusunda təqdimat müsabiqəsi, "Gənc hüquq
müdafiəçiləri", "Düşünən
şagird", "Sağlam təhsil mühiti - kreativ
yanaşmalar", "Məktəb virtual məkanda"
müsabiqələri,
"Şahin" hərbi-idman oyunu, "Böyük
qayıdışın başlanğıcı" adlı hərbi
bilik yarışı, "Gənc xilasedici və
yanğınsöndürən" XI Ümumrespublika
yarışı, "Fövqəladə hallar
uşaqların gözü ilə" XlI respublika uşaq
yaradıcılıq müsabiqələrinin əsas məqsədi
şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi,
dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin
onlarda sağlam rəqabət hissinin
formalaşdırılmasından ibarətdir. BŞTİ-nin
tabeliyindəki ümumi təhsil müəssisələrinin
şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən
həyata keçirilən "Zəfər" respublika
yaradıcılıq festival-müsabiqəsi, "Məktəblilərin
respublika çempionatı", İqtisadiyyat müsabiqəsi,
"Sabahın alimləri", "Ən yaxşı təqdimat",
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı, "Qərbi
Azərbaycana qayıdış", Lütfi Zadə adına
Məntiq Olimpiadası,
"Bilbacar" müsabiqəsi fənn müsabiqələri
və fənn olimpiadalarında iştirak edərək qaliblər
sırasında yer alıblar.
BŞTİ-nin tabeliyindəki 215 ümumi təhsil məktəbində
STEAM layihəsi tətbiq edilir. Layihə BŞTİ-nin
tabeliyindəki məktəblərdə 6043 sinif üzrə
168530 şagirdi əhatə edir. Elm və Təhsil Nazirliyi tərəfindən
reallaşdırılan layihənin məqsədi inkişaf
etmiş ölkələrdə müasir
çağırışlar əsasında həyata
keçirilən təhsil yeniliklərinin ölkəmizdə
tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən
ibarətdir. Beynəlxalq Yaşıl STEAM Azərbaycan
Festivalında 64 şagird fərqlənib.
İl ərzində BŞTİ-nin tabeliyindəki
ümumi təhsil müəssisələrində fəaliyyət
göstərən "Kiçik Akademiya"lara 17000-dən
artıq şagird cəlb olunub, 2000-dən artıq tədbir
keçirilib. Paytaxtın inzibati rayonları üzrə
bütün məktəblərin iştirakı ilə
"Kiçik Akademiya"ların hesabat konfransları
keçirilib. Qeyd edək ki, "Kiçik
Akademiya"ların təşkil olunmasında məqsəd
yaradıcılıq və elmi-tədqiqat işlərinə
maraq göstərən, bu sahədə potensial imkanları ilə
fərqlənən istedadlı uşaq və gənclərlə
aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət
mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi
və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin
formalaşması ilə bağlı tədbirlərin sistemli
həyata keçirilməsindən ibarətdir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.15.