“Rəngarəng duyğular” təqdim
olunub
“Ambassadors Cultural Club” mədəni mübadilə
platformasına çevriləcək. Biz Azərbaycan mədəniyyətinin
beynəlxalq aləmlə qarşılıqlı əlaqəsi,
ilhamlanması və inkişafı üçün yeni
imkanlar yaratmağa çalışırıq”, – deyə
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri
Dadaş Məmmədov yeni “Ambassadors Cultural Club” mədəniyyət
mərkəzinin təntənəli
açılışı zamanı bildirib.
AZƏRTAC xəbər verir ki, mərkəz “Arts Council
Azerbaijan” təşkilatının nəzdində
yaradılıb. Mədəniyyət mərkəzinin
açılışı çərçivəsində
istedadlı Azərbaycan rəssamlarının əsərlərini
bir araya gətirən “Rəngarəng duyğular” adlı
kollektiv sərgi təqdim olunub. Sərgi yaradıcı
yanaşmaların, üslubların və texnikanın zənginliyini
nümayiş etdirib.
Sərgidə rəssamlar Ruslan Rüstəmov,
Hüseyn Kəngərlı, Mələk Abbaszadə, Nərgiz
Quliyeva, Məryəm Kiblayeva, Nigar Əliyeva, Aynurə
Mustafayeva, Röya Həsən, Elşən Rzazadə, Leyla
Orucova, Leyli Müseyibova, Sevda Rüstəmova, Nailə Məhərrəmova,
Sevinc Gəncəli, Təranə Əliyeva, Eldar Babazadə,
Aliyə Əsədullayeva, Günay Bəylərova, Nailə
Aslanova, Vüsalə Şərifova, Ləman Hacıyeva, Nuray
Allahverdiyeva, Nigar Familsoy, Rosa Murad, Gündüz Xunlar, Samirə
Muxtarova, Könül Cabbarova iştirak ediblər.
Əsərlər həm rəssamların şəxsi
təəssüratlarına, həm də aktual sosial və mədəni
problemləri əks etdirən geniş mövzulara işıq
tutur.
Açılış mərasimində
çıxış edən Dadaş Məmmədov yeni mərkəzin
əhəmiyyətindən, diplomatik korpusla uzunmüddətli əməkdaşlıqdan
danışıb, xalqlar arasında qarşılıqlı
anlaşmanın möhkəmlənməsi üçün mədəni
əlaqələrin əhəmiyyətini vurğulayıb.
“Arts Council Azerbaijan” təşkilatı 19 il ərzində
Azərbaycan incəsənətini uğurla inkişaf etdirən
və populyarlaşdıran beynəlxalq müstəqil
platformadır. “Rəngarəng duyğular” adlı sərgi
ictimaiyyəti ruhlandırmaq və rəssamların ölkənin
mədəni həyatına mühüm töhfələrini
qeyd etmək üçün hər il “Arts Council Azerbaijan”
kolleksiyasının ən yaxşı əsərlərini bir
araya gətirən ənənəvi layihələrdən
biridir.
525-ci qəzet .- 2025.- 10 yanvar(№4).- S.9.