“1-ci Uşaq Teatr Festivalı”
başlayır
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü
ilə “1-ci Uşaq Teatr Festivalı” başlayır
Azərbaycan teatrının yaranmasının 152-ci
ildönümünü münasibətilə Bakı Şəhər
Mədəniyyət Baş İdarəsi və Azərbaycan
Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə martın 10-dan 17-dək “1-ci Uşaq Teatr Festivalı”
keçiriləcək.
AZƏRTAC xəbər verir ki, uşaqlar
üçün nəzərdə tutulan festival Azərbaycan
xalq nağıllarının yaşadılması və yeni nəslin
mədəniyyətə marağının
artırılması məqsədilə təşkil olunur.
Festivalda 15 komandanın təqdim edəcəyi xalq
nağılları əsasında hazırlanacaq tamaşalar
20-35 dəqiqə davam edəcək. Bu yanaşma
uşaqların milli irsimizə
bağlılığını möhkəmləndirməklə
yanaşı, onların yaradıcılıq qabiliyyətlərini
inkişaf etdirməyə imkan yaradacaq.
Festivalın məqsədi mədəni irsimizi qorumaqla
yanaşı, uşaqlara komanda şəklində işləmə
bacarıqları qazandırmaq, səhnə mədəniyyəti
ilə tanış olmalarına və öz
istedadlarını nümayiş etdirmələrinə şərait
yaratmaqdır. Tədbir Azərbaycan xalq
nağıllarının yaşadılması və yeni nəslin
mədəniyyətə marağının
artırılmasını hədəfləyib.
Layihənin ideya müəllifi Azərbaycan İncəsənət
Məktəbinin direktoru Tural Əliyev, layihənin rəhbəri
Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin
metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri
Azərbaycan İncəsənət Məktəbinin təsisçisi
Fərid Bağırov və layihənin koordinatoru Azərbaycan
İncəsənət Məktəbinin meneceri Rübabə
Hüseynovadır.
525-ci qəzet .- 2025.- 10 yanvar(№4).- S.9.