Yazıçılar
Birliyindən Firuzə Məmmədliyə yubiley təbriki
Yanvarın 10-da Azərbaycan Yazıçılar
Birliyində (AYB) görkəmli şair, pedaqoq, AYB-nin Həmkarlar
İttifaqının sədri Firuzə Məmmədlinin 85
illik yubileyi münasibəti ilə tədbir keçirilib.
AYB sədri, Xalq yazıçısı Anar Firuzə
Məmmədlinin həyat və
yaradıcılığından söz açıb, onun
poeziyasını yüksək qiymətləndirdiyini bildirib və
yubileyi münasibəti ilə təbrik edib.
Azərbaycan Yazıçılar Birliyinin sədr
müavini Rəşad Məcid, Azərbaycan
Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli
və digər tədbir iştirakçıları Firuzə
Məmmədlinin poeziyasından, onun elmi fəaliyyətindən,
AYB-nin Həmkarlar İttifaqının sədri kimi səmərəli
fəaliyyətindən danışıb, yubilyara ürək
sözlərini və təbriklərini
çatdırıblar.
Qeyd olunub ki, Firuzə Məmmədlinin yubiley tədbirləri
davam etdiriləcək, AYB-də və şairin doğulub
boya-başa çatdığı Xaçmaz rayonunda tədbirlər
təşkil olunacaq.
Sonda Firuzə Məmmədli göstərilən diqqətə
və təbriklərə görə AYB sədrinə və
tədbir iştirakçılarına minnətdarlığını
bildirib.
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.17.