İstanbul səhnəsində Azərbaycan cazı səsləndirilib
İstanbulda ənənəvi olaraq
keçirilən “Türk telekom prime qəhvə” konserti bu dəfə
Azərbaycan caz musiqisinə həsr edilib. Bu məqsədlə
İstanbulun ən böyük mədəniyyət məkanı
olan Atatürk Mədəniyyət Mərkəzində görkəmli
Azərbaycan bəstəkarı İlyas Mirzəyevin konsert
proqramı təşkil edilib.
Bəstəkar konsertində 2004-cü ildə
işıq üzü görən “Jazz in blue red green” albomunda
yer alan əsərləri səsləndirib. Bunların
arasında “Xoş gəldin”, “Adio”, “Good” kimi caz musiqiləri
ilə yanaşı, İlyas Mirzəyevin həyat
yoldaşına həsr etdiyi “Leyla” əsəri də yer
alıb.
Konsert izləyicilərin gur alqışları ilə
müşayiət olunub.
Proqramda iştirak edənlər arasında Türkiyə
və Azərbaycanın mədəniyyət sahəsində
tanınmış simaları da yer alıb. Proqramdan sonra bəstəkar
dinləyiciləri üçün “Jazz in blue red green” albomunu
imzalayıb.
525-ci qəzet .- 2025.- 14 yanvar(№6).- S.9.