Filimlərə dəstək müsabiqəsi
başlanıb
Mədəniyyət
Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində
olan filmlərə dəstək məqsədilə növbəti
müsabiqə elan edir.
“Qafqazinfo” xəbər verir ki, 2025-ci ildə Mədəniyyət
Nazirliyi və ARKA kino sənayesinin inkişafı istiqamətində
bir neçə müsabiqənin keçirilməsini
planlaşdırır.
Elan olunan müsabiqənin şərtlərinə
görə, çəkilişləri başa
çatmış filmlərin postprodakşn mərhələsinin
işlərini tamamlamaq üçün maliyyə vəsaiti
ayrılacaq.
Müsabiqənin keçirilməsində əsas məqsəd
film istehsalının stimullaşdırılması və səmərəliliyinin
yüksəldilməsi, müstəqil prodüser mərkəzləri
və müvafiq sahədə fəaliyyət göstərən
digər şəxslər arasında rəqabət qabiliyyətinin
artırılması və birgə film istehsalının dəstəklənməsidir.
Bir film üçün nəzərdə tutulan
maksimal dəstək məbləği tammetrajlı bədii
filmlər üzrə 30 000 (otuz min) AZN, tammetrajlı sənədli
filmlər üzrə 20 000 (iyirmi min) AZN, qısametrajlı bədii
və sənədli filmlər üzrə 15 000 (on beş min)
AZN, qısametrajlı animasiya filmləri üzrə isə 13
000 (on üç min) AZN müəyyən olunub.
Yeni şərtlərə əsasən, yerli şirkətlərin
tərəfdaş olduğu beynəlxalq layihələrə
ayrılacaq vəsaitin maksimal həddi göstərilən məbləğlərdən
50 faiz çox olacaq.
Qeyd edək ki, ötən il keçirilən birinci
müsabiqədə qalib gələn 6 filmə (“Geri
dönüş”, “Sən haralısan, durna?”, “Tərsinə
kölgələr”, “Səssiz zaman”, “Qara pişik, ağ
şanı”, “Yaddaş sarayları”) 111 113 (yüz on bir min
yüz on üç) AZN maliyyə
dəstəyi ayrılmışdı.
525-ci qəzet .- 2025.- 14 yanvar(№6).- S.9.