ƏDƏBİYYATDAN KİNOYA
Xalq Yazıçısı Elçinin bir neçə
ssenarisi əsasında
Dünyada yeddinci sənət olaraq qəbul edilən
kino öz dilini yaradaraq bütün sənətlərdən bəhrələnir,
amma ən çox ədəbiyyatdan bəhrələnir.
Ədəbiyyat və kino arasındakı əlaqə
bölünməz bir bütünün hissələri kimidir.
Çox bəyəndiyimiz, oxuyarkən hadisələri və
personajları zehnimizdə canlandırdığımız
kitabların kino halına gətirildiyini öyrəndikdə
inanılmaz dərəcədə maraqla qarşılayır və
ən qısa zamanda izləməyə tələsirik. Təbiidir
ki, bəzən məyus oluruq, ekranda gözlədiyimizi tapa
bilmirik, bəzən də əksinə, ədəbiyyatdan
kinoya köçən əsərlər bizə daha çox
şey söyləyir, daha çox təsiredici olur. Elə
olur ki, kinoteatrlardan və ya televizor qarşısından heyrətlə
ayrılıb günlərlə kinonun üstündən
keçə bilmir, təhlil edir, müzakirələr
aparırıq.
Azərbaycan kinosunda ədəbiyyatdan
uyğunlaşdırılmış əsərlərin sayı
kifayət qədər çoxdur, lakin ötən illərdə,
yəni Sovet dövründə ədəbiyyat adamları ilə
kino arasında əlaqələr o qədər də
güclü deyildi. Aktyor, rejissor və texniki heyət
baxımından çox şanslı və zəngin olan “Azərbaycanfilm”
kinostudiyasının ən mühüm problemi sovet rəhbərlərinin
Azərbaycanda belə demək olarasa, “xoşuna gələn”ssenaristlərin
olmaması idi. Olanlar milli dəyərlərə önəm
verdikləri üçün çox vaxt əsərdə
ssenari arasında xeyli fərqlər yaranırdı.Bəzən
ssenaristlərin sifarişlə yazdığı ssenarilər
də olurdu təbii ki, ancaq onlar bir müddət sonra təkrarlanan
kütləvi istehsala çevrilirdi.
Əlbəttə ki, kinoya dəstək verən,
ssenarilər yazan yazıçılardan barmaqla sayılan ədəbi
simalar arasında Xalq yazıçısı Elçinin
xüsusi-əhəmiyyətli yeri var.
SSRİ dövründə ümumittifaq ədəbi
prosesdə seçilən, yazıçı, tənqidçi
kimi tanınan yazıçısının özünün
yaradıcılığı da tədqiqat obyektinə
çevrilmiş, xalqın taleyini, tarixini fərqli şəkildə
əks etdirən əsərlərinin əsasında ssenarilər
yazılmışdı.
Bu məqalədə isə müəllifin kinoya
uyğunlaşdırılmış ədəbi əsərlərinin
bir hissəsindən bəhs edəcəyik.
Az-az da olsa, həm kinomuzun ədəbi simaları, həm
də ədəbiyyat sahəsində əsərlər yaradan
kino xadimləri haqqında zaman-zaman yazılar oxuyuruq. Xalq
yazıçısı Elçin də o önəmli və
dəyərli ədəbiyyat xadimlərimizdir ki, onun əsərlərinin
tamamını təşkil edən ssenarilərəkinolar
çəkilmişdir.
Ssenarisi əsasında 1974-ci ildə çəkilən
ilk film süjet xətti təzadlar üzərində qurulan
“Əllər və rənglər” sənədli filmidir. Filmdə rəssam Toğrul Nərimanbəyovun
rəngkarlıq əsərləri, Kamil Nəcəfzadənin
və Tahir Salahovunsənəti təbliğ edən portret əsərləri,
xalça toxuyan qızın əlləri xronikal kadrlarla əvəzlənərək
nümayiş olunur. Eyni zamanda alman faşistlərinin
insanları qətl etməsi, Vyetnam müharibəsinin
bombardmanı ilə yaşlı, uşaq, qadın olmaqla
insanların öldürülməsi və cəlladların
qana batan əlləri gözəllik yaradan sənətlə təzad
yaradır. Burada ssenarist insan kimi yaşayıb, gözəlliklər
yaratmağın həyatı nə qədər gözəlləşdirdiyini
xatırlatmaq istəyir. Bu ilk uğurlu filmdən sonra dəyərli nəsr əsərləri
yaradan və ədəbiyyatda iz buraxan yazıçılar -
Anar, İsmayıl Şıxlı, İsa Hüseynov,
İlyas Əfəndiyev, Yusif Səmədoğlu ilə
yanaşıElçinin ssenariləri əsasında da ard-arda
filmlər çəkilməyə başlanır.
Eyni ildə çəkilən “Ömrün səhifələri”
(3 hissəli kinoalmanaxdan ibarət film – “Rəqiblər”,
“Baladadaşın ilk məhəbbəti” və “Nəğmə
dərsi”dir.Novellalardan biri – “Baladadaşın ilk məhəbbəti”Elçinindir) və 1976-cı ildə çəkilən
“Alıcının sərgüzəşti” filmləri o illərdə
“Azərbaycanfilm”in mövcud imkanları (və ya
imkansızlıqları) daxilində, həm də ideologiyadan
uzaq, fərqli və yaxşı kino çəkilə biləcəyini
göstərdi.
1977-ci ildə çəkilən və əlli ilə
yaxındır ekranlardan düşməyən “Arxadan vurulan zərbə”
bədii filmi bugün də, sabah da vətənpərvərlik
hissləri oyadan və aşılayan filmlər
sırasındadır. Vətən sevgisinin həqiqiliyinin
sübutu olaraq, cinayətkarı tapmaq üçün
müstəntiqin insan iradəsinin sərhədlərini
zorlayan fəaliyyəti kinonun bütün dövrlərdə
zirvədə qalmasını təmin edir. Elçinin “Ox kimi
bıçaq” povestinin əsasında çəkilən və
tamaşaçıların ixtiyarına verilən bu bədii
film bir ədəbiyyat adamının kino sahəsindəki fəaliyyəti
ilə yanaşı, kinonun ədəbi qaynaqlardan necə və
nə qədər bəhrələndiyinisübut edir.
Həm “Ox kimi bıçaq”, həm də “Arxadan
vurulan zərbə” ad olaraq çoxmənalıdır. Bu, təkcə
bıçaqla vurulan zərbə deyil, eyni zamanda şübhədən,
xəyanətdən, inam və etibardan sui istifadədən irəli gələn mənəvi zərbədir.
Azərbaycan ədəbiyyatının həm də
modernist yazıçısı deyə biləcəyimiz
Elçini bu əsərdə tarixi və dedektiv janrında
yazan müəllif olaraqgörürük. “Ox kimi
bıçaq” əsəri əlbəttə ki, ssenari kimi daha
çox tanınmağa başladı. Filmdə hadisələr
bir neçə xətt üzrə cərəyan edir. Saf
görüntü sərgiləyən, bir az da sevgiyə
meyilli xəttdə Ziba obrazıdır ki,əvvəl qətlə
yetirilən adamın saatının onun tərəfindən
satılması ilə şübhə doğurur, sonra sakitcə
milis maşınına oturub getməsi isə incə yumor fərqləri
ilə hadisələrə yüngüllük gətirirsə,
qatı cinayətkar, qatil Fəttah kişi – Qurd Cəbrayıl
intriqanı, Əhməd Qəmərli, İmaş, Cəbi və
b. hadisələrin gedişatını gücləndirən hərəkətverici
quvvə kimi ortaya çıxır. Hadisələrin köklərinin
keçmişə bağlanması filmin tarixi əhəmiyyətini
artırır. Film bütün zamanların ən yaxşı
Azərbaycan filmləri siyahısında ön yerlərdən
birini tutur. Həm əsərin müəllifi, həm də
rejissor burada insan iradəsinin gücünü, haqq-ədalətin
qələbəsini və vətən məhəbbətinin
üstünlüyünü diqqətə çatdırmaq
istəmiş və buna uğurla nail olmuşlar.
Araşdırmalar göstərir ki, kino nə qədər
kitaba sadiq qalırsa bir o qədər keyfiyyətli iş ortaya
çıxır. Bu filmdə rejissor kitabı tam olaraq filmə
uyğunlaşdırmışdır,- desək
yanılmarıq. Filmdə də romandakı kimi hadisələrin
ardıcıllığı qorunmuş, rejissor uyğun hekayə
üslubunu tam mənimsəyərək hadisələri
şüurlu şəkildə öz filminə
köçürmüşdür.
Şərq ədəbiyyatının humanistliyini,
milli, mədəni dəyərlərini, xüsusilə dini mənsubiyyətin
ayırımcılığı üzündən sevginin
uğursuzluğunu gətirən ənənəsini ələ
alan “Mahmud və Məryəm” filmi müəllifin eyni adlı
romanı əsasında çəkilib. Roman isə “Əsli və
Kərəm” dastanının müəyyən qədər
pozulmuş –tezis, antitezis (tarixi hadisələrdə haqq-ədalətin,
ənənələrin qorunmasında, xeyir və şər
qüvvələrin qarşılaşdırılmasında və
s.), sintez və kompozisiyasının qovşağının əsasında
yazılıb. Belə ki, əsər müsəlman Mahmudun
xristian Məryəmlə olan sevgi hekayəsini təqdim etsə
də, hekayəyə xeyli əlavə süjetlər daxil
olub. Xüsusilə əsərin sonlarına yaxın
Ərzurum hakimi Süleyman paşanın Mahmudu xilas edərək
sarayına gətirməsi, Məryəmi tapıb onunla evləndirmək
istəməsi mərhələsində Mahmuda öyüd-nəsihəti
– “...Bütün dünyanın türkləri sifət
quruluşlarından, adətlərindən asılı
olmayaraq birləşməlidir!”-deyə bütün türkləri
birliyə səsləməsi səbəbilə bugün də
aktuallığını qoruyur,bu məqam müasir oxucunun
(izləyicinin) diqqətini cəlb edir.
Romana yön verən dastan janrının tarixi hərəkatlar
və sevgi mövzusuna da daxil olması, iki dağ
arasındakı körpünün qırılması,
işıqlı dünyadan qaranlıq dünyaya
qapının açılması onu göstərir ki, əsərdə
dastanların ən qədim formaları ən son formaları
ilə qarışıb.
Azərbaycanda türklərlə birgə müxtəlif
etnosların, xüsusilə etnik-mədəniyyətin, xristian
dininin fəal daşıyıcılarının
mövcudluğu, VIII-IX əsrlərdən yayılmağa
başlayan, sözügedən dövrdə artıq yerli mədəniyyət
sayılan islam dininin xristian dininə nisbətən mənfi
münasibəti, Azərbaycan türklərinin mədəni-mənəvi
üstünlüyünün yerli etnos xalqlar tərəfindən
qəbul edilməməsi, öz dini, mənəvi, hətta
mifoloji baxışlarını, təfəkkür mədəniyyətlərini
yaşatmaları, bəzi hallarda gizli və ya açıq
müxalifətə girmələri bu əsərdə də
(daha çox romanda) görülür. Film boyunca davam edən
qarşıdurmalar, xəyanətlər, ölüm və həyat
arasındakı xaos, hadisələr arasında əlaqə
yaradan mediator qurd və s. mətnə mifoloji mənalar
qazandırır. Həm Mahmudun, həm də Məryəmin
ailəsində olan münasibətlər yerli və etnik
qruplar arasındakı xaotik durumu bildirir. Məryəmin
anası ölüb, amma onun vəsiyyəti olaraq (guya)
qızı müqəddəs məbədə
aparmalıdırlar. Bu isə Məryəmi Mahmuddan uzaqlaşdırmağın
bir yolu kimi görülür, qızla atası
arasındakı doğmalıq əlaqələrini, ailə
bağını qoparır. Xristian qızın müsəlman
oğlana vurulması – sevgi ayrı dinin
daşıyıcılarının xaotik durumdan
çıxışı kimi irəli sürülür, lakin
qızını onunla getməyə məcbur edən, bəzən
yolboyu sürüyən ata buna mane olur. Mahmudun atası (XVI əsrin
əvvəllərində Gəncə hakimi) Ziyad Xan isə
oğlunu yerini bilmədən Məryəmi axtarmağa
yollayır. Kinoda bu hadisə nağıllardakı “çətin
səfər” motivi ilə eyniləşir. Mahmuda çətin
səfərdə yoldaşlıq edən Sofu vəzifəsinin
öhdəsindən gələ bilmir, daş-qaşı
götürərək gedir. Sonda “Mahmud və Məryəm”
“nağılı”nı yenə Sofunun dilindən dinləyirik.
Filmin sonunda Mahmudun od tutub yanmasıhər insanın
taleyinin bilavasitə doğulduğu dövr və ailəsi ilə
bağlı olmasıhəqiqətini, həm də bu odun ilk
olaraq qılınc tutmaq istəməyən əllərindənbaşlaması
isə əl içi xətlərinin tale və ömür
yolunu bəlli etməsi inancını təsdiqləyir.
Haqqında söhbət gedən əsərə
görünür, məzmununu götürdüyü Azərbaycan-türk
eposunun bu qədər çox təsiri olmuş ki, zərdüştlük
ideyaları – “Avesta” təsir göstərmiş ki,
işığa, oda-atəşə qədim türklərin
tarixi inamı olan atəşpərəstliyin idrakı-estetik
mövqe qazanmasının sübutu kimi üzə
çıxır.
“Əsli və Kərəm” dastanının davamı
kimi qəbul edə biləcəyimiz “Mahmud və Məryəm”də
də qəhrəmanın odda yanması eyni zamanda eşqin
oduna yanma olaraq özünü biruzə verir ki, burada hər
iki variantda odun bir növ müqəddəsliyinə işarədir.
Ədəbiyyatdan bəyaz pərdələrə köçən
bu əsərdə hər iki tərəfin öz dini-mifoloji inancları,
idealları naminə atəşə verdikləri sevginin
uğursuzluğu tarixi aspektə əsaslandığı
üçün, sonrakı nəsillərin gözündə
uğur qazanır. Sevgililərin birgə yanması
tamaşaçının yaddaşında xeyirin şər
üzərindəki qələbəsi kimi iz buraxır.
Elçinin “Toyuğun diri qalması” povestinin motivləri
əsasında ekranlaşdırılan “Sahilsiz gecə” filmi
insanın həyatın bütün çətinliklərinə
dözərək ləyaqətlə yaşaması fikrini
ötürmək məqsədi daşıyır. Təbii ki,
əsər daha çox sovet dövrünün ictimai-siyasi
ideyalarını əks etdirir. 1989-cu ildə çəkilən
filmdə baş rollardan biri olan Zübeydənin dövrün
tələbindən kənara çıxan, milli-mənəvi,
mədəni-əxlaqi dəyərləri heçə
sayması, əxlaqa zidd hərəkətlər
etməsi – siqaret çəkməsi, əsəbləşəndə
ətəyini qaldırması və s. əlbəttə ki, o
zamanın tamaşaçısı tərəfindən birmənalı
qarşılanmamışdı. Bu səbəbdən
yazıldığı və
ekranlaşdırıldığı dövrdə müəyyən
qədər etirazlara da səbəb olmuşdu. Lakin indi oxuduqca
(izlədikcə) hiss olunur ki, əsər müəllifin
tanıdığı adamlar və bildiyi yerlər əsasında
yazılıb. Beləliklə, sosial fobiya pozğunluğu olan
məşhur personaj Zübeydə ortaya çıxıb.
Hadisələr sovet dövrünün dağılması ərəfəsində
cərəyan edir. Zübeydəninəhvalının dəyişməsi
onun şəxsi problemləri ilə paralel gedir. Cəmiyyət
tərəfindən amansızcasına kənarlaşdırılan
Zübeydəobrazı impulslarına,maddiyata və sevgi
aclığına qarşı dura bilməyərək öz
qaçılmaz sonunu hazırlayır.
Elçinin hazırda sonuncu olaraq, “Gül dedi
bülbülə” hekayəsinin ssenarisi əsasında iki il
öncə - 2022-ci ildə, yeni il bayramı ilə əlaqəli
“Sabah” Yaradıcılıq Studiyası tərəfindən
çəkilən “Televizor” filmidir. İlboyu televizor almaq
üçün pul toplayan ailənin başçısı
Əlipaşa təsadüfi bir hadisəyə
qarışır və bununla da televizorun pulunu xərcləmiş
olur. Ailəsinə sədaqətli, qızlarına
bağlı ata bir mətbuat orqanında redaktordur. Yeni ilə
üç gün qalmış Əlipaşa işdən icazə
alıb uşaqlarına söz verdiyi kimi, televizor almağa
gedir,qapıdan çıxanda tanıdığı bir
şairlə görüşür və şair onu yeni il
qabağı toplaşdıqları məclisə dəvət
edir. Məclis qızışır, Əlipaşa da məclis
əhıinə qarışıb içki içir, rəqs
edir, nəhayətində arvadı da ərinin arxasınca həmin
məclisə gəlib çıxır. Ərinin
sınmasına könlü razı olmayan qadın hesabı
ödəməsinə razılıq verir və beləcə
televizor almaq onlar üçün bir xülya olur. Amma yeni il
gecəsi möcüzə baş verir, qapı
döyülür, iki nəfər içəri girir, təsadüfnəticəsində,
özlərinin də unutduğu, televizor satılan bir
mağazada oynadıqları lotoreya bileti vasitəsilə
udduqları televizoru gətirdiklərini bildirir. Beləliklə,
film sürpriz sonluqla bitir və tamaşaçını təəccübləndirir.
Əsərin izləyiciyə ötürdüyü mesaj budur:
Həyata xoş bax, xoşgörülü ol, qismətində
olan bir gün mütləq gəlib səni tapacaqdır. Burada
tamaşaçının gəldiyi nəticə bir də
budur ki, əsər müəllifin internet əsrində
televiziyanın ikinci plana keçməsini önləmək səyidir.
Keçmişə bağlılıq, nostaygiyaya sadiqlik bu əsərlə
yazıçının ədəbi qayəsini bir daha diqqətə
çatdırır. Filmiçəkərkənrejissor Sirac
Mustafayev baş rol – Əlipaşanın, onun ailəsinin və
şair dostlarının durumunu diqqətə
çatdırmaq məqsədilə, qəsdən sadəmühitdən,
tanınan məkanlardan, həmçinin az çarxdan istifadə
etməyi seçmışdır.
Ədəbiyyat və kino sənətin bir-biri ilə
qarşılıqlı əlaqədə olan iki qoludur. Bu
qarşılıqlı əlaqə əsasən
uyğunlaşma konsepsiyasına əsaslanır. Yazıçı-dramaturq
Elçinin ədəbiyyatdan kinoya uzanan ssenarilərində
uyğunlaşma anlayışı qarşılıqlı əlaqənin
mərkəz nöqtəsini təşkil edir, çünki həmişə
olduğu kimi bu əsərlərdə də vizual mətn olan
kino öz əsasını bədii mətn olan ssenaridən
alır.Araşdırmalar göstərir ki, incəsənətin
bu iki qolu bütün sənət sahələri kimi məlumatlandırmaq,
əyləndirmək, yeni perspektivlər təqdim etmək,
estetik zövq yaratmaq kimi funksiyalara malikdir.
Adilə Nəzərova,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 16 yanvar(№8).- S.13;16.