“Klassikaya müasir
yanaşmanın əleyhinəyəm”
REJİSSOR SAMİR QULAMOV: “ÖMRÜMÜN ƏN
GÖZƏL İLLƏRİNİ VERDİYİM, ÇOX
SEVDİYİM TEATRDAN ÜZ DÖNDƏRMƏLİ OLDUM”
Teatr rejissoru çox vaxt orkestri idarə edən
dirijorla müqayisə olunur. Necə ki, dirijor müxtəlif
musiqi alətlərinin dəyişik çalarlarını, xüsusiyyətlərini
bilmədən orkestri idarə edə bilməzsə, teatr
rejissoru da müxtəlif sənət sahələrini bilmədən
bu işin öhdəsindən peşəkar səviyyədə
gələ bilməz. Rejissor bir yazıçı, rəssam və
şair qədər yaradıcı olmalıdır.
Yaşadığı bütün çətinliklərə
baxmayaraq, müasir Azərbaycan teatrının gerçək
peşəkar, sənət fədaisi adlandıra biləcəyimiz
yaradıcı rejissorları var. Onlardan biri də Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının quruluşçu
rejissoru Samir Qulamovdur.
- Bu gün teatr rəhbərlərinin əksəriyyəti
Azərbaycan teatrının mövcud vəziyyətində
heç bir problem görmürlər sanki. Sizcə, teatrlarda nə
dəyişməlidir?
- Çox şey... Ən əsası da bəzi teatr rəhbərlərinin
təfəkkürü dəyişməlidir. Teatra rəhbərlik
edən insan teatrı sevməlidir. Teatrın baş rejissoru
teatrı gözəl bilməlidir, uzun illərin peşəkar
rejissoru, ustadı olmalıdır ki, tabeçiliyində
işləyən digər quruluşçu rejissorlar da,
aktyorlar da ona tabe olsun. Bu, mütləq belə
olmalıdır. Əks halda mənzərə dəyişə
bilir. Bir çox teatrlarımızda bu, ən problemli məsələ
olaraq qalır. Təəssüf ki, hazırkı teatr
mühitində teatrı sevən, ora şəxsi mülkiyyəti
kimi yox, sənət məbədi kimi yanaşan rəhbərlər
də azdır. Teatr rəhbərliyinin repertuar seçimində
məsləhət almalı olduğu ədəbiyyat mütəxəssisləri,
hər tamaşaya bir layihə kimi yanaşan prodüser qrupu,
PR məsələləri ilə yüksək səviyyədə
məşğul olmağı bacaran komandası
olmalıdır. Hər bir aktyorun 5 illik inkişaf perspektivləri
planı hazırlanmalıdır. Dünən teatra işə
qəbul edilən, universiteti yenicə bitirmiş gənc aktyor
bu gün baş rol oynamamalıdır, səhnədə
püxtələşməlidir.
- Teatrın həyatınızdakı yeri və əhəmiyyətini
necə ifadə edərdiniz?
- Teatr mənim üçün, həqiqətən, mədəniyyət
məbədidir. Bütün incəsənət sahələrinin
bir araya gəldiyi, qovuşduğu, bir hədəfə
vurduğu yeganə məkandır. Fikir verirsinizsə,
heç kəs teatra arxa oturacaqda qucaqlaşmağa gəlmir.
İnsanlar teatra gələndə ən gözəl geyimlərini
geyinib gəlirlər. Teatr insanlara tarix, ədəbiyyat,
zövqlü musiqi dinləmək təbliği ilə yanaşı,
pisi pis, yaxşını yaxşı kimi tanımağı
öyrədir. Teatr milli-mənəvi dəyərlərin ən
böyük təbliğat məkanı olmalıdır. Təbii
ki, teatrın insanlara nəyi necə təqdim etmək
bacarığı çox əhəmiyyət
daşıyır.
- Teatrı keçmiş və indiki zamanla müqayisə
etdikdə hansı fərqlər qabarıq görünür?
- Əvvəllər teatr səhnəsinə hər zəif
əsər yol tapa bilməzdi. Böyük səhnədə
debütant rejissorlara eksperiment etmək imkanı verilməzdi.
Tamaşaçı müəyyən məbləğdə
pul ödəyib bilet alıbsa, yaxşı tamaşaya baxmaq
ixtiyarı var. Eksperiment üçün teatrların
kiçik səhnələri mövcuddur. O səhnələr
məhz bu işlər üçün nəzərdə
tutulub. 152 yaşına qədəm qoyan qocaman Azərbaycan
teatrının ən əsas səhnəsində eksperiment etmək
teatra xəyanətdən, qeyri-peşəkarlıqdan başqa
bir şey deyil.
- Rejissor olaraq cəmiyyət qarşısında məsuliyyət
daşıdığınızı
düşünürsünüz?
- Təbii... Teatr ictimai şüurun istənilən tərəfə
istiqamətlənməsi baxımından çox ciddi rol
oynayır. Ona görə də
teatr rəhbərləri ilə yanaşı, rejissorların məsuliyyəti
də kifayət qədər ciddi olmalıdır.
- Teatr mühitində ədalətsizliklə üzləşmisiniz?
- Ömrünün 20 ilindən çoxunu teatra
bağlamış bir teatr adamı üçün
ağıla gələ biləcəkdən daha çox!
İşlədiyim teatrlarda hər zaman, ədalətsiz qərarlara,
teatr adamının gördüyü işə qeyri-peşəkar
yanaşmasına qarşı çıxmışam.
Əslində bu haqda çox danışmaq istəmirəm.
Bilirsiniz ki, mənim teatr fəaliyyətim Akademik Milli Dram
Teatrından başlayıb. 13 il işləmişəm orada.
Ən çox haqsızlıqla da ilk orada
qarşılaşmışam. Bəlkə də dünyada
yeganə insanam ki, haqqımda 36 əsassız ərizə,
izahat var idi. Yeri gəlmişkən, 22 yaşımda
Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərində
oynadığım Səfi bəy obrazına görə Həsənağa
Turabovdan rəsmi təşəkkür alan yeganə gənc
aktyor olmuşam. Turabov nəhəng sənətkar olmaqla
yanaşı həm də çox böyük şəxsiyyət
idi.
- Nəyə etiraz edirdiniz?
- 55 yaşlı aktyora 18 yaşlı gənc oğlan
obrazı verirdilər. Mən bu cür halları qəbul edə
bilmirdim. Mənə görə, bu, tamaşaçıya
qarşı hörmətsizlikdir. Peşəkar teatr dərnək
deyil axı. Ağarmış saçlarla,
qırışmış üzlə, oynadığın gənc
əsgər obrazı nə qədər uyğunluq təşkil
edir? Etiraz edirdim,"belə olmalı deyil" deyirdim. Deyirdilər,
sən teatrın fəaliyyətinə mane olursan. Sonrası da
məlumdur. Teatrdan öz ərizəmlə ayrıldım. Mən
teatrı o cür görmək istəmirdim. Ömrümün
ən gözəl illərini verdiyim, çox sevdiyim teatrdan
üz döndərməli oldum.
Qeyd edim ki, məni Akademik Milli Dram Teatrına
böyük sənətkarımız Həsənağa
Turabov qəbul etmişdi. Mənim üçün çox dəyərli
xatirəsi var həmin anın. Heç bir müsahibədə
bu barədə danışmamışam. Universiteti yenicə
bitirmişdim. Arzum yalnız Akademik Milli Dram teatrında işləmək
idi. Bir aydan çox teatrın xidməti qapısının
qarşısında o vaxt teatrın direktoru və bədii rəhbəri,
Xalq artisti Həsənağa Turabovu gözləyirdim. İstəyirdim
yaxınlaşıb xahiş edim ki, məni teatra işə qəbul
etsin. Nəhayət teatrın mühafizəçisinin sanki
yazığı gəldi mənə. Gizlincə məni Həsənağa
müəllimin otağının qarşısına
apardı. Qapını döyməyə cəsarət etmədim.
O, məni qəbul etməyə də bilərdi. Uzaqdan
gördüm, gəlir. Qapısının
qarşısında, tanıyırmış kimi, mənimlə
çox səmimi görüşdü, soruşdu, burda neynirsən,
nəsə lazımdır? Bildirdim ki, sizinlə
görüşməyə gəlmişəm, burda işə
düzəlmək istəyirəm. Dedi, keç içəri.
Otaqda iclas idi. İçəridə Xalq artistləri Azərpaşa
Nemətov, Səyavuş Kərimi və başqa sənətkarlar
var idi. Təhsilimlə bağlı sorğu-sualdan sonra
müavini çağırıb dedi, bu oğlanı ştata
götür, bu gündən də əmrini ver. Müavin
bildirdi ki, ştatda yer yoxdur. Həsənağa müəllim
fikrə getdi. Sonra müavinə dedi: "Sən belə elə...
Məni aktyor ştatından çıxart, Samiri ştata
götür". Bilirsiniz bu nə demək idi? Kim öz
ştatını, tanımadığı bir gəncə verərdi?
Bunu yalnız Həsənağa Turabov kimi nəhəng ürəkli
sənətkar edə bilərdi. Mən onun ruhuna borcluyam.
- Teatra sadiq, sizə etibar edən tamaşaçı
kütləniz varmı və bunu necə müəyyənləşdirisiniz?
- Mən öz tamaşaçılarımdan çox
razıyam. Quruluş verdiyim "Paris Notr-Dama ithaf",
"Leyli və Məcnun" tamaşalarında hər dəfə
anşlaq olursa, biletlər son yerə qədər
satılırsa, tam əminliklə deyə bilərəm ki,
sırf mənim tamaşalarımın sadiq
tamaşaçı kütləsi var və onlar mənim imzam
olan işləri çox sevirlər. Hətta bir dəfə Mədəniyyət
Nazirliyinə şikayət məktubu da yazmışdılar
ki, biz həmin tamaşalara bilet tapa bilmirik. Bu sarıdan,
rejissor kimi indiyədək çalışdığım
heç bir teatrda belə narahatlığım olmayıb.
Tamaşalarımda hər zaman anşlaq olub. Bu da mənə
daha uğurlu işlər görmək üçün
xüsusi sövq verir.
- Tamaşaçınızı məmnun etdiyiniz qədər
teatrşünasları da razı sala bilirsiniz?
- Mən tamaşa hazırlayanda heç vaxt fikirləşmirəm
ki, hansısa teatrşünas tamaşanı bəyənəcək,
yoxsa yox. Onda işləmək olmaz, insan hansısa qəlibə
düşər. Teatrşünas xofu rejissorun
düşüncələrini bir yerə toplamasına mane
olar. Bizim teatra bütün sahələrdə
çalışan insanlar gəlir. Əgər tamaşa bitəndə
bütün zal ayağa qalxıb aktyorları ayaq üstə
alqışlayırsa, deməli, düz yoldasan. Hətta deyərdim
ki, bəzən teatrı teatrşünas qədər bilən
tamaşaçılar olur.
- "Leyli və Məcnun"a yeni quruluş verdiniz.
Sizin "Leyli və Məcnun"unuz nə ilə fərqlənir?
- Artıq iki ildir ki, "Leyli və Məcnun"
teatrın repertuarına daxil edilib. Hər zaman tamaşada
anşlaq olur. "Mədəniyyət" kanalında dəfələrlə
nümayiş olunub. TÜRKSOY Beynəlxalq Teatr
Festivalının bağlanışında mədəniyyət
naziri Adil Kərimlinin göstərişi ilə "Leyli və
Məcnun" nümayiş olundu. Dövlət sifarişi ilə
çəkilən, Vətən müharibəsindən bəhs
edən "44" adlı böyük bir film layihəsində
bizim "Leyli və Məcnun" tamaşamızdan səhnələr
də lentə alındı. Məncə, bunlar kifayət qədər
ciddi uğurlardır. Opera və Balet Teatrının səhnəsində
oynanılan "Leyli və Məcnun" klassika,
antikvardır. Biz bu tamaşaya daha çox gənc nəsli cəlb
etməyi arzulayırdıq. Müasir gəncləri bir
neçə saat davam edən muğam ifaları ilə
maraqlandırmaq çətin görünürdü.
Yanaşmamız fərqli oldu. Muğam ifaları ilə
yanaşı, aktyor oyununu da qabartdıq. Bizim tamaşanın
İbn Salamı da Leylini Məcnun qədər sevir. Amma o,
hissinin qurbanı olmur. Bütün varlığı ilə
ağlına tabedir. Təhsil problemini, erkən nikah problemini
qabartmışıq. O dövrün qadına olan münasibətinə
etiraz etdik biz. Məcnunun anası və Leylinin atasının
timsalında valideyn-övlad münasibətlərinə
toxunduq.
- Sizin bu əsərə daha müasir
yanaşmanızı gözləyirdim.
- Mən klassikaya müasir yanaşmanın əleyhinəyəm.
Bunun üçün kifayət qədər müasir əsərlər
var. Klassika qorunmalıdır. Sadəcə hadisələrə
və obrazlara baxış fərqli ola bilər. Bu gün
"Leyli və Məcnun" tamaşasına gələnlərin
əksəriyyəti gənclərdir. Mən tamaşa zamanı
zalın yan qapısından tamaşaçıları
müşahidə etməyi sevirəm. Elə müasir
görünüşlü gənclər gəlir bu
tamaşaya, adamın inanmağı gəlmir ki, bu cür
müasir gənclər oturub uzun müddət muğam
ifaları dinləyə bilə. Amma 74 dəqiqəlik
tamaşanı heyranlıqla izləyirlər. Libretto üzərində
çox dəyişiklik etmişəm. Musiqiləri isə
teatrımızın orkestirinin rəhbəri, Əməkdar
incəsənət xadimi Fəxrəddin Atayev və Əməkdar
artist, tarzən Elxan Mansurovun iştirakı və məsləhətləri
ilə ixtisar etmişik. Daha yığcam, eyni zamanda aydın tərzdə
və əsərə xələl gətirmədən bu
işi görməyə çalışdıq.
- Tez-tez səslənən fikirlərdən biri də
budur ki, teatr müasirləşməlidir. Siz necə
düşünürsünüz bu barədə?
- Mən bu fikri qəbul etmirəm. Əksinə,
düşünürəm ki, teatrı 60-70-80-ci illərə, Mehdi Məmmədovun,
Tofik Kazımovun, Ədil İskəndərovun dövrünə
qaytarmaq lazımdır. Bu gün də o tamaşalara baxanda
görürsən ki, hər biri bizim dövrümüzlə
səsləşir. "Meşanlar", "Dəli
yığıncağı", "İblis",
"Otello", "Hamlet"
bunların hər biri bütün zamanlarda aktual olan
tamaşalardır. Novatorluq da olmalıdır. Amma baxır
hansı teatrda və hansı əsərdə. İstehsalata
verilərkən əsərlərin bədii keyfiyyətləri
müəyyən edilməlidir. Müasirlik çox vaxt səhv
anlaşıla bilər. Bəzən də rejissorları
çaşdırır. Bu, portret çəkə bilməyən
rəssamın abstrakt rəsmlər çəkməyə
başlamasına bənzəyir. Bununla da bilmədiklərini
gizlətməyə çalışırlar.
Günel MUSAasında və Şərqdə yaşayan
digər müsəlmanlar arasında geniş
yayılmış mədəni-maarif islahatlarının tərkib
hissəsi olub. Cədidçiliyin əsas ideyaları təhsili
müasirləşdirmək, mədrəsələrdəki
köhnə tədris üsullarından uzaqlaşmaq, yeni
pedaqoji metodlardan və dünyəvi təhsildən istifadəyə
çağırış idi.
Günel Musa
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.15