Gənclər Kitabxanasının 20
Yanvarın 35-ci ildönümü ilə əlaqədar virtual
sərgisi
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında 20 Yanvar hadisələrinin 35-ci
ildönümü ilə əlaqədar olaraq “20 Yanvar - Milli
qürur və qəhrəmanlıq tariximiz!” adlı
biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual kitab sərgisində 20
Yanvar hadisələrinin tarixi, Azərbaycan xalqının
yaddaşında silinməz iz buraxan acı nəticələri
haqqında məlumat verilir, Ümummilli Lider Heydər
Əliyevin o dönəmlərdə Bakıdan uzaqlarda
olmasına baxmayaraq, öz xalqına sevgisini və daimi dəstəyini
növbəti dəfə nümayiş etdirərək, Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində
çıxış edərək bu faciəni törədənləri
kəskin tənqid etməsindən, baş verənlərin
geniş auditoriyaya çatdırılmasında göstərdiyi
cəsarətli tədbirlərdən, hadisələrə
siyasi-hüquqi qiymətin verilməsi və beynəlxalq aləmə
çatdırılması yönümündə
atdığı qətiyyətli addımlardan bəhs olunur.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan virtual sərgidə görkəmli şəxslərin
20 Yanvar hadisələri haqda söylədikləri dəyərli
fikirlər, beynəlxalq aləmdə və xarici mətbuat səhifələrində
bu hadisələrə dair verilən məqalələr,
sitatlar, faktlar, fotogörüntülər təqdim edilir.
Materiallarda 20 Yanvar hadisələri zamanı azadlıq
uğrunda canlarını fəda etmiş qəhrəman
oğulların davamçılarının bugün əzəli
Azərbaycan torpaqları olan Qarabağda Zəfər tarixini
yazması və xalqımıza şanlı Qələbə
sevinci yaşatması da qeyd olunur.
Kitabxananın rəsmi saytında yerləşdirilən
https://ryl.az/funds/biblioqrafik-icmal-da Azərbaycan, türk, ingilis
və rus dillərində çap edilən 30-dan çox
kitabın biblioqrafik təsviri və qısa annotasiyası, son
illərin dövrü mətbuat nümunələri yer
alır.
20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə
əlaqədar olaraq hazırlanan virtual sərgi kitabxananın
rəsmi saytında https://ryl.az/multimedia/20-yanvar-35 yerləşdirilib.
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.14.