Erməni aşıqları niyə
azərbaycanca yazıblar?
ERMƏNİLƏRDƏ SAZ-SÖZ SƏNƏTİ
OLUBMU?
Tarixi mənbələr göstərir ki, ta qədimdən
varsaq, qusan və mütrüb, XVI əsrdən aşıq
adlanan erməni aşıqları daha çox Azərbaycan
dilində yazıb-yaratmış, öz istedadlarını əsasən
Azərbaycan türkcəsində göstərə bilmişlər.
Ermənilərin özlərinin tarixçisi, professor
A.Babaxanyan yazırdı ki: "...Erməni aşıq
yaradıcılığının az bir hissəsi, hətta
demək olar ki, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata
aiddir. Onların əsərlərinin əksəriyyəti
türkcədir (azərbaycancadır)".
Başqa bir erməni folklor toplayıcısı və
naşiri G.Tarverdiyan isə deyirdi: "Mənim
topladığım erməni aşıqlarının müəyyən
hissəsi tamamilə azərbaycanca şeir söyləmişlər...
Yalnız ermənicə şeir qoşan aşıqların
sayı 20-25 nəfərdən artıq deyildir".
Bəs görəsən, erməni qusanları niyə Azərbaycan dilinə
möhtac qalmışdılar?
Bunun əsas səbəbi, fikrimizcə, Azərbaycan
dilinin coğrafi dairəsinin genişliliyi ilə
yanaşı, ta qədimdən Qafqazda linqva franka, həm də
şeir və musiqi dili
olmasıdır. Professor Q.Namazov "Erməni
qusanları qoşmalarını azərbaycanca
yaradırdılar" adlı məqaləsində haqlı
olaraq yazır ki, "Türk-Azərbaycan dilinin təsir dairəsi
o qədər əhatəli idi ki, istər-istəməz azərbaycanlılarla
qonşu olan başqa xalqlar da bu dildən ünsiyyət vasitəsi, həm də
fikrin poetik ifadəçisi kimi istifadə edirdilər. Azərbaycan
xalq şeiri və ozan-aşıq lirikası Yaxın Şərqdə
elə geniş bir vüsət almışdı ki, hətta
erməni qusanlarının əksəriyyəti şeirlərini
bu dildə yaradır, erməni əlifbası ilə yazıya
köçürürdülər".
Azərbaycan (türk) dilinin erməni dilinə təsirinin
tarixi isə çox qədimlərə gedib
çıxır. Bu barədə ilk tədqiqatın müəllifi,
XIX əsrdə yaşamış alman alimi, doktor Mordman
yazırdı: "Məlumdur ki, ermənilər hind-Avropa mənşəli
xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə
məruz qalmışdır. Bu ifadə ilə mən heç
də çoxəsrlik əlaqə nəticəsində
alınmış sözləri yox, eramızın IV, V, VI və
VII əsrlərində erməni dilində işlənən
Turan sözlərini nəzərdə tuturam". Sonrakı əsrlərdə
də "qədim erməni dili" həmişə Azərbaycan
və digər türk dillərinə möhtac olmuşdur.
Dilçi H.A.Acaryan 1926-cı ildə Bakıda
keçirilmiş I Beynəlxalq Türkoloji qurultayda
"Türk və erməni dillərinin
qarşılıqlı əlaqələri" mövzusunda
rus dilində etdiyi məruzəsində göstərirdi ki,
"Adətən, bir dil başqa dildən isim, sifət, nadir
hallarda feilləri alır. Erməni dili isə bunlarla
yanaşı, türk dillərindən miqdar, sıra
sayları, zərf və bağlayıcıları da
almışdır. Azərbaycan və digər türk dillərinin
erməni dilinə təsiri təkcə leksik alınmalardan
ibarət deyil, erməni dilinin qrammatikası və
fonetikası da bu dillərin güclü təsirinə məruz
qalmışdır".
Ona görə də realist erməni ədəbiyyatının
banisi X.Abovyan: deyirdi ki: "Dilimizin yarısı Azərbaycan
sözləridir. Onların dili bizim millətin ağzına o
qədər dadlı gəlmişdir ki, ermənilər öz
dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri
azərbaycanca deyirlər. Azərbaycan dili bizdə o qədər
yayılmışdır ki, bu dili hətta qadınlar və
uşaqlar belə başa düşürlər. Buna görə
də xalq içərisində məşhur və fitrətən
şairlik istedadına malik olan adamların tatarca (azərbaycanca)
şeir yaratmaları və oxumaları çox təbii bir
haldır. Öz səslənməsi, poetikliyi və ahəngdarlığı
ilə, qrammatik cəhətdən tatar (Azərbaycan) dili
başqa dillər arasında ən
yaxşısıdır".
Filosof, şair və publisist M.Nalbandyan isə belə
yazırdı: "Erməni aşıqlarını yalnız
erməni ailələrində doğulduqlarına görə
erməni hesab etmək olar. Qədim nəğmə və
mahnıların, havaların əksəriyyəti azərbaycanlılardan
götürülüb. Mən ermənilərin
yaşadıqları çox yerləri dolaşmışam, həmişə
də çalışmışam ki, sırf ermənicə
deyilmiş bir söz eşidəm. Lakin həmin sözü
dinləmək indiyə kimi nəsibim olmayıb".
Görünür, buna əsasın fransız
tarixçi J.Ş.Deserbye qeyd
edirmiş ki, "Erməni danışıq dili türk, tatar
dilinin bir dialektidir".
Mənbələr göstərir ki, ermənilərin
Azərbaycan dilində şeir yazmalarının və
çalıb-oxumalarının da tarixi çox əvvəllərə
gedib çıxır. Məsələn, hələ XIII əsrdə
yaşamış Hovanes Zəncanlı "Məryəm"
adlı şeirini azərbaycanca yazıb. Yenə həmin əsrdə
Azərbaycan türkcəsində yazmış erməni
şairi B.H.Yerzinqasinin şeirlərində Allaha
"Tenqri", Məryəmə "Tenqri anası" deyə
dualar edilir, erməni qaynaqlarında təsadüf edilən azərbaycanca
mənzumənin ("Molla oğlu ilə keşiş
qızının deyişməsi") məzmunu isə
"Əsli-Kərəm" dastanının motivlərini
yada salır. XIV-XVIII əsrlərdə H.Tlkuransi, K.Yerzinkatsi,
M.Naqaş və D.Bağişetsi, K.Axtamaretsi və V.Qucağ,
D.Murad, N.Ovnatan, S.Nova, Miran, Bağıroğlu,
Əmiroğlu, Q.Yeqaz, T.Dədə, Ş.Meleko, K.Nova, Q.Hovanes
və başqa onlarla erməni qusanları yaşamış,
azərbaycanca (türkcə) yazıb-yaratmışlar. Bunlar
"tək bir səbəbdən aşıq idilər ki,
öz məşhur əsərlərini onlar üçün
anlaşılan dildə", yəni Azərbaycan (türk)
dilində ifa edirdilər" (tarixçi, professor Leo).
İntibah dövründə Azərbaycan şifahi xalq
ədəbiyyatının, eləcə də aşıq
yaradıcılığının çiçəklənməsi
və daha da inkişaf etməsi nəticəsində azərbaycanca
çalıb-oxuyan erməni aşıqlarının da
sayı artmışdı. Belə ki, həmin dövrlərdə
Türkiyədə və Cənubi Qafqazda Anadolu və Azərbaycan
türk ləhcəsi ilə yazıb-oxuyan yüzlərlə
erməni aşığı yaşamışdır. Azərbaycanca
şeir qoşan və oxuyan ermənilərin sayının
getdikcə artmasının birinci və əsas səbəbi
yuxarıda da qeyd etdiyimiz kimi, Qafqazda əsas işlək dilin
(linqva franka) Azərbaycan dili olması, ikinci səbəbi erməni
dilli dinləyici və tamaşaçı
auditoriyasının məhdudluğu idi.
Üçüncü səbəb də XIX əsrin birinci
yarısınadək müasir erməni ədəbi dilinin -
aşxarabarın formalaşmaması, əski erməni ləhcəsini
- qraparı isə sadə və savadı olmayan ermənilərin
başa düşməməsi sayıla bilər. Beləliklə,
Azərbaycan dilində yazıb-oxumaqdan başqa yol
qalmırdı. Erməni aşıqları ancaq Azərbaycan
dilinin köməyi ilə özlərinə çoxlu dinləyici
və tamaşaçı toplaya bilirdilər. Təsadüfi
deyildir ki, erməni publisisti və ədəbiyyatşünası
A.Arşaruni "Nizami və erməni ədəbiyyatı"
adlı yazısında etiraf edirdi ki, "Azərbaycan dili, demək
olar ki, erməni aşıqlarının və erməni
xalqının doğma dili olmuşdur. Əks-təqdirdə
onlar dinləyicilər qarşısında müvəffəqiyyət
qazana bilməzdilər və onların dili dinləyicilər
üçün anlaşılmazdı". Deməli, erməni
aşıqlarının azərbaycanca yazması mövcud
şəraitlə və həyati zərurətlə
bağlı olub.
Onu da qeyd edək ki, erməni aşıqlarının
Azərbaycan dilində yazıb-yaratmalarına mövcud siyasi həyatın
da ciddi təsiri olmuşdur. Xüsusən XVI əsrdə mərkəzləşmiş
Azərbaycan dövlətinin yaranması, Səfəvilər
sülaləsinin ilk hökmdarı Şah İsmayılın
hakimiyyətə gəlməsi, ölkənin sosial-iqtisadi və
mədəni həyatında dəyişikliklərin baş
verməsi, şahın özünün də ədəbiyyat
və incəsənətlə maraqlanması və ana dilində
şeirlər yazması, saz-söz ustalarını öz
sarayına toplayaraq onlara himayəçilik etməsi, Azərbaycan
dilinin dövlət dili elan olunması və bu dilin Səfəvilər
dövlətində yaşayan bütün xalqlar (o cümlədən
ermənilər) arasında əsas ünsiyyət vasitəsi
olması və s. prosesə təsirsiz qalmamış və
bu, erməni aşıqlarının da azərbaycanca
yazmasına stimul yaratmışdı.
Sonrakı dövrlərdə də türk-Azərbaycan
dilinin coğrafi təsir dairəsi geniş və əhatəli
olmaqda qalmış, azərbaycanca yazan erməni aşıqlarının
sayı artmaqda davam etmişdir. Matenadaranda və Ermənistan
arxivlərində uzun illər tədqiqat aparan filologiya elmləri
doktoru İ.Abbasov qeyd edir ki, XVII-XIX əsrlərə aid elə
bir erməni əlyazması yoxdur ki, orada erməni əlifbasında
Azərbaycan xalqının qədim nəğmələrinə
təsadüf edilməsin.
Bütün ölkədə olduğu kimi, ermənilərin
sıx yaşadıqları İrəvan və Qarabağ
xanlıqlarının ərazisində də Azərbaycan dili
həmişə dominant olub. İrəvan və
Naxçıvan xanlıqlarının ərazisində
1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus
tarixçi-statisti İ.Şopenin Azərbaycan dilinin
yayılma arealı haqqında qeydləri də bunu sübut
edir. Görkəmli yazıçımız Y.V.Çəmənzəminli
də "Azərbaycan ədəbiyyatında erməni müəllifləri"
adlı əlyazmasında qeyd edirdi ki, "Ermənilər,
gürcülər və rus mühacirləri bir-birinə
yavuqlaşdıqda onların dilək və arzularına yeganə
tərcüman olan türkcəmizdir".
1843-cü il avqust ayının 27-də İrəvan
qalasında olmuş alman səyyahı A.Haksthauzen isə
yazırdı: "Ermənilər öz mahnılarını
ermənicə yox, tatar (türk) danışıq dilində
qoşur və oxuyurlar, çünki məhz bu dil Cənubi
Qafqaz xalqları arasında ünsiyyət, ticarət və
anlaşma dilidir. Bu nöqteyi-nəzərdən Azərbaycan
dili Avropada geniş işlənən fransız dili ilə
müqayisəyə gələ bilər. Bununla bərabər,
bu dil xüsusi poeziya dilidir. Çox güman ki, erməni
şeirlərinin zəif yayılmasının səbəbi məhz
bundadır, ən məşhur erməni şairləri, əsərlərinin
geniş yayılması üçün həmişə
tatarca (azərbaycanca) yazırdılar".
Azərbaycan dilinin üstünlüyü XX əsrdə
də davam etmişdir. Həmin əsrin əvvəllərində
yaşamış erməni yazıçısı və
pedaqoqu Q.Acayan bildirirdi ki, indi də "Erməni xalqı və
onun aşıqları türkcə danışmaqda heç
bir çətinlik çəkmirlər, bu dil ermənilər
üçün doğma kimidir, ona görə də biz
türkcə oxuyuruq". Acaryanın bu sözləri
danılmaz tarixi həqiqəti əks etdirir.
Ümumiyyətlə, tədqiqatların nəticəsində
XVII əsrdən XX əsrin ortalarınadək Anadoluda və Cənubi
Qafqazda türk dilinin Anadolu və Azərbaycan ağzı ilə
yazıb-oxuyan 400-ə (G.Tarverdiyana görə, 1300 nəfərə)
yaxın erməni aşağı müəyyən
edilmişdir.
Əlbəttə, ermənilərin Azərbaycan dilində
oxuyub-yazmasında ədəbi-mədəni əlaqələrin
təsiri də danılmazdır. Akademik B.M.Jirmunski
yazırdı ki, "heç bir milli ədəbiyyat,
başqa xalqların ədəbiyyatı ilə canlı,
yaradıcı və qarşılıqlı təsirdən kənar
inkişaf etməmişdir". Y.Ramazanov özünün
"Azərbaycan dilində yazıb-yaradan erməni
aşıqları" əsərində qeyd edir ki,
qusanların Azərbaycan dilində yazması həm də
"ədəbi-mədəni əlaqələrin
folklordakı təzahür əlamətlərindəndir".
Ə.Yeravanlı da bunu ədəbi əlaqələrin "ən
parlaq təzahürlərdən" sayır.
Folklorşünas alim H.İsmayılov isə dastanlarda olan
şeirlərin ermənilər arasında geniş
yayılmasını ermənilərin daima Azərbaycan-türk
mədəniyyətinə tarixi bağlılığı, bədii
düşüncələrin kasadçılığı
üzündən folklorumuza möhtac qalması ilə əsaslandırır.
Bunları erməni alimləri özləri də təsdiq
edirlər. Ədəbiyyatşünas M.Canaşyan və erməni
din xadimi, folklor toplayıcısı, naşir T.Y.Balean
yazırdılar ki, erməni "aşıq
yaradıcılığı türk təsiri altında
olub". A.Arşaruni və M.Nalbandiyan bu təsirin mahiyyətini
açıqlayaraq deyirdilər: "Erməni xalqı daim Azərbaycan
folklorundan və Azərbaycan xalqının klassik ədəbi
irsindən uğurla istifadə etmişdir, bu ədəbiyyata
və folklora həmişə məhəbbətlə
yanaşmışdır: "Erməni aşıqları hər
zaman azərbaycanlı ustadlarının
yaradıcılığına söykəniblər".
Ümumiyyətlə, erməni folkloruna Azərbaycan
aşıq ədəbiyyatının təsiri, erməni
aşıqlarının Azərbaycan aşıq sənətinin
ənənələrindən bəhrələnmələri
sübuta ehtiyacı olmayan aksiomadır.
Y.Ramazanov yuxarıda adı çəkilən əsərində
erməni aşıqlarının Azərbaycan dilində
yazmalarının digər səbəblərindən birini də
ermənicənin şeir dili kimi yoxsul (Akademik N.Y.Marr erməni
xalqı kimi erməni dilini də hibrid dil
adlandırırdı), Azərbaycan dilinin isə poeziya
üçün "əlverişli və qabil dil"
olmasında, dilimizin zənginliyində, funksional
imkanlarının genişliyində, ecazkarlığında,
poetikliyində və musiqili ahəngdarlığında
görürdü.
Bu həqiqəti erməni akademik M.Abeğyan da etiraf
etməyə məcbur olmuşdu. O,"Xalq nəğmələri"
adlı əsərində belə yazırdı: "Bədbəxtlikdən
dilimiz qafiyə cəhətdən yoxsuldur. Həmahəng
sözlər məhdud miqdardadır. Bu səbəbdən də
xalq çox zaman qafiyə üçün tanış
olduğu türk (Azərbaycan) dilinə müraciət
edir". Professor A.Babaxanyan isə əlavə edərək
deyirdi ki, "Aşıqlar üçün nağıllarda,
mahnılarda təsvir olunan həyatı ifadə etməkdən
ötrü türk dili erməni xalq ləhcələrindən
daha səlis, daha ifadəli və daha zəngindir".
Professor A.Bayramovun da dediyi kimi, "Dilimizin gözəlliyi,
emosional-poetik xüsusiyyətləri,
axıcılığı, söz sırasının poetik
durumu bütün dövrlərdə erməniləri məftun
etmiş, onlar hazır söz qəliblərindən və
deyimlərdən yetərincə faydalanmışlar. Azərbaycan
türkcəsinə aid olan sözlərin başqa dillərdə
işlədilməsi yaxşıdır, amma sözləri və
sözlərin ifadə etdiyi əşya və məfhumları
özlərinə çıxmaları elmi
saxtakarlıqdır".
Qədim yəhudi zərb-məsəllərindən
birində deyilir: "Sən kimə daha çox inanırsan -
mənə, yoxsa öz gözlərinə?" Gözlərimin
gördüyü, beynimin dərk etdiyi reallıq isə mənə
erməni iddialarından tamamilə fərqli mənzərəni
göstərərək deyir ki, ermənilərin saz-söz sənəti
heç yerli-dibli olmayıb. Alimlərimizin də dediyi kimi,
"bu sənəti erməni etnik mədəniyyətinə gətirən
və onu bu xalqa sevdirən xristian türklər" (alban mənşəli)
olub.
Filologiya elmləri doktoru İ.Cəfərsoy
türkdilli xristian aşıqlar barədə qısa məlumatda
bildirir: "Ə.İrəvanlının 1958-ci ildə nəşr
olunan kitabında əlli-altmış (onların sayı
qat-qat çox olmuşdur - İ.V.) türkdilli erməni
aşığının yaradıcılığı
haqqında məlumat verilir. Əslində onların çoxu
erməni deyildi, xristian qıpçaqlar, peçeneqlər,
berendeylər idi". İ.Sarıyeva "Erməniləşdirilmiş
türkdilli xristian aşıqlara - Sayat Novadan Qul Eğaza və
Aşıq İzaniyədək" adlı məqaləsində
yazır ki, "Sayat Nova (Sayat Nəva) başda olmaqla onlarla
türk xristian aşıq var. Təbii, bəzi ermənilər
olub ki, Azərbaycan aşıqlarının yanında
(çox zaman balabançı və ya dəmkeş olaraq -
İ.V.) bu sənətə maraq göstəriblər, amma bu o
anlama gəlmir ki, aşıq sənəti onlara məxsusdur.
Çünki ermənilərdə tarixən aşıq
olmayıb". 1912-ci ildə İzmirdə nəşr edilən,
həm ermənicə, həm də türkcə yazan erməni
aşıqlarının şeirləri toplanmış
kitabın müqəddiməsində xristianşünas
araşdırmaçı da yazır ki, bunların
hamısı mənşə etibarilə türklərdir.
Çünki musiqi, poeziya, təhkiyə, rəqs, pantomima və
teatr sənəti elementlərini üzvi şəkildə birləşdirən
aşıq sənətində türkün milli ruhunun s?si
aydın duyulur. Bu ruh erməniyə yaddır. Ona görə
onlar sazda nə qədər yaxşı çalıb-oxusalar
da, şəmkirli Aşıq Muradın qeyd etdiyi kimi,
"bizim kimi oxuya bilmirdilər". Çünki ruh, o ruh
deyildi. Min yaşlı "Qabusnamədə" deyildiyi kimi,
"onların xarakterində və təbiətində ancaq
murdarlıq vardır".
Məhz bunları nəzərə alan məşhur
mütəxəssis A.Koroşşenko hələ 1896-cı
ildə "Moskva xəbərləri" qəzetində dərc
olunan "Şərq, daha çox Qafqaz musiqisi üzərində
müşahidələr" məqaləsində qeyd edirdi
ki, "...ermənilərin özlərinin xalq musiqisi
yoxdur". Onlar yalnız əhatəsində
yaşadıqları xalqların folklorunu və musiqisini
yamsılamaqla məşğul olmuşlar. "Ozan mədəniyyətindən
istifadə edib "qusan sənətini" ortaya
çıxarmışlar. Tarixi inkişafın mərhələlərini
başa düşməyərək ozan sənətinin
aşıq sənətinə keçdiyi anlarda özlərinin
ozan sənəti ilə bağlılığını iddia
edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid
etməyə başlamışlar". Onlar hətta öz təxəllüslərini
də bizim aşıqların təxəllüslərinə
bənzətmiş, bizim musiqi alətlərimizdən, şeir
formalarımızdan və hacavatlarımızdan istifadə
etmişlər. Məlum olduğu kimi, türk
aşıqları şeir yaradıcılığında həmişə
ənənəvi havacata əsaslanırlar. Haqverdiyan adlı
bir erməni 80-ə yaxın aşıq havacatlarının
tamamilə türklərə aid olduğunu yazırdı, sənətşünas
və professor Q.Levonyan isə açıq şəkildə
etiraf edirdi ki: "Erməni aşıqlarının həm
özlərinə götürdükləri adların, həm
də onların şeir və mahnılarının
adlarının hamısı Azərbaycan dilindədir".
Türk mədəni dəyərlərinə sahib
çıxmaq cəhdi erməni xislətinin bariz nümunəsidir.
Erməni tarixçisi M.Xorenlinin (V-VI əsrlər) də
dediyi sayaq, "İndi olduğu kimi, keçmişdə də
elmə, şifahi ötürülən mahnılara həvəsləri
olmayan, ona görə də kəmağıl, nadan və vəhşi
qalan qədim hayların" tör-töküntülərinin
birbaşa piratçılıq metodları ilə Azərbaycanın
qeyri-maddi mədəni irsinə aid olan, türkün
milli-m?n?vi v? dini-irfani d?y?rl?rl? süsl?nmiş saz-söz sənətini
yalandan erməni mədəni mülkiyyəti hesab etməkləri
absurddur. Öz yazıçıları V.Papazyanın qeyd
etdiyi kimi, "Cahil, savadsız, vəhşi və ilk öncə
şüursuz və əsasən soyğunçuluq və
quldurluqla məşğul olan, şimal vəhşiləri
kimi ov hesabına yaşayan", bədii təfəkkürü
yerlə sürünən, bədii-estetik zövqü
biabırçı vəziyyətdə olan ermənilərin
intellektual-idraki məzmun daşıyan aşıq ədəbiyyatına
malik olmasını iddia etməsi doğrudan da gülməlidir.
Bu bədbəxtlər başa düşmürlər ki,
aşıqlıq "ruh və yaşam biçimidir", bu
"geyim" onların əyninə biçilməyib. Azərbaycan
Aşıqlar Birliyinin sədri, professor M.Qasımlı
müsahibələrinin birində deyir: "Şəmkirdə
erməni aşıq Yervant vardı, o, Azərbaycan dilində
çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki,
erməni dili aşığa uyğun deyil, saza yatmır.
Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili
ilə söyləyirdi".
Əsl həqiqəti isə erməni tədqiqatçısı
və ədəbiyyatşünası S.Palasanyan hələ
1886-cı ildə Sankt-Peterburqda nəşr etdirdiyi "Erməni
nəğmələri" kitabında yazmışdı:
"Biz hansı xalqın təsiri altında oluruqsa, onun
mahnılarını da özümüzünkü hesab edirik
və özümüzünkü kimi təqdim edirik". Bu,
bir etiraf idi. Ermənilərin belə etirafları isə
çoxdur, lap çox. Biz yazımızda bilərəkdən
bu üzdəniraqların etiraflarından da iqtibaslar elədik.
Lakin unutmayaq ki, bu etiraflar səmimiyyətdən yox,
hayların həqiqət qarşısında aciz
qalmaqlarından irəli gəlir.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet.- 2025.- 23 yanvar(№12).- S.12;13.