Azərbaycanlı rəssamın əsərləri
Estoniyada sərgilənib
Estoniyanın paytaxtı Tallin şəhərindəki
“Kaja” Mədəniyyət Mərkəzində azərbaycanlı
rəssam Rövşən Nurun “Rəngarəng qış”
adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssamın doğma
Azərbaycanın ab-havasında yaratdığı əsərləri
tamaşaçıları zəngin rənglər və ifadəli
formalar sayəsində Tallinin soyuq qış mənzərələrinin
canlandığı qeyri-adi aləmə aparır.
Rəssam qeyri-adi rənglər palitrasından istifadə
edərək ilin ən soyuq aylarında belə
tamaşaçıda istilik və rahatlıq emosiyaları
oyadan unikal kompozisiyalar yaradır. Detallara xüsusi diqqət
yetirilir. Azərbaycan bədii ənənəsindən
ilhamlanan naxışlar eston təbiətinin qış motivləri
ilə harmonik şəkildə uyğunlaşır.
Azərbaycanlı rəssam Rövşən Nur iyirmi
ilə yaxındır Estoniyada yaşayır. Bir çox beynəlxalq
sərgilərin iştirakçısı olan rəssam
mütəmadi olaraq estonları Azərbaycan incəsənəti
və mədəniyyəti ilə yaxından tanış etmək
üçün tədbirlər təşkil edir. Onun təşkil
etdiyi ustad dərsləri sayəsində çoxları Azərbaycanın
milli sənətkarlığı və mədəni ənənələri
ilə yaxından tanış olmaq imkanı qazanıb.
Qeyd edək ki, sərgi fevralın 17-dək davam edəcək.
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.14.