Cənnət Səlimovanın 85
illiyi qeyd edilib
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında böyük rejissor, görkəmli
sənətkar, Xalq artisti Cənnət Səlimovanın 85
illiyi qeyd olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbirdə
çıxış edən teatrın direktoru Naidə
İsmayılzadə sənətkarı yubiley münasibətilə
təbrik edib, onun həyat və
yaradıcılığından, Azərbaycan teatrının
inkişafındakı xidmətlərindən bəhs edib.
Gecədə professor, Əməkdar İncəsənət
Xadimi Məryəm Əlizadə rejissorun teatr xidmətlərindən,
pedaqoji fəaliyyətindən ətraflı söz
açıb. O bildirib ki, Azərbaycan teatr sənətinin ən
parlaq nümayəndəsi kimi Cənnət Səlimova
quruluş verdiyi tamaşalarda özünəməxsusluğu
ilə seçilib. Onun səhnə əsərləri həm
ölkəmizdə, həm də xaricdə böyük
uğurlar qazanıb.
Teatr Xadimlər İttifaqının sədri, Xalq
artisti Hacı İsmayılov sənətkar haqqında səmimi
fikirlər səsləndirib.
Daha sonra Cənnət Səlimova Teatr Xadimlər
İttifaqı tərəfindən “Teatr xadimi” qızıl
medalı ilə təltif olunub. Sənətkarın həyat və
yaradıcılığını əks etdirən mərhum
rejissor Aydın Dadaşovun ekranlaşdırdığı
“Çağırış” adlı sənədli film və
“Hekayəti xırs quldurbasan” tamaşası nümayiş olunub.
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.9.