Əlcəzair telekanalında Azərbaycan
haqqında növbəti sənədli film
Əlcəzairin məşhur “Elwatania TV” televiziya
kanalında əlcəzairli jurnalist Runəq Xənfərin təqdimatında
Azərbaycan haqqında növbəti sənədli film
nümayiş etdirilib.
Azərbaycanın Əlcəzairdəki səfirliyindən
AZƏRTAC-a verilən məlumata görə, sənədli
filmdə ölkəmizin tarixi abidələri, mədəniyyəti,
füsunkar təbiəti və zəngin mətbəxi
nümayiş olunub. Burada, həmçinin Azərbaycanın
turizm imkanlarından, mətbəxindən, təbiətindən,
milli musiqisindən, xalçaçılıq sənətindən
və zəngin memarlığından bəhs edilir.
Ekran əsərində İçərişəhər,
Dənizkənarı Milli Park, ölkəmizin memarlıq abidələri
əlcəzairli jurnalist tərəfindən
tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, iki hissədən ibarət filmin birinci
hissəsi artıq yayımlanıb. Bu, cari ilin yanvarında
Əlcəzair telekanallarında Azərbaycan haqqında
nümayiş etdirilən üçüncü filmdir.
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.9.