Respublika Gənclər
Kitabxanasında yazıçı, dramaturq Xeyrəddin
Qocanın 75 illik yubileyi ilə əlaqədar virtual kitab sərgisi
hazırlanıb
Avropa.info xəbər verir ki, bu gün
yazıçı, dramaturq, tənqidçi, satirik, publisist,
dövlət xadimi, Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərində Azərbaycan
Respublikasının sabiq baş konsulu Xeyrəddin Qocanın 75
illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
nasirin həyat və yaradıcılığından, ictimai və
siyasi fəaliyyətindən bəhs edən “Xeyrəddin Qoca –
75. Yazdıqlarım… Yazılanlar…” adlı virtual kitab sərgisi
hazırlanıb. Virtual kitab sərgisində Xeyrəddin
Qocanın Ulu Öndər Heydər Əliyev ilə
bağlı xatirələri, Prezident İlham Əliyev tərəfindən
“Şöhrət” ordeni ilə təltif edilməsi, ictimai-siyasi
fəaliyyəti, bədii yaradıcılığı sayəsində
layiq görüldüyü təltif və mükafatlar
haqqında məlumat verilir. Kitabxananın rəsm saytında
yerləşdirilən https://ryl.az/multimedia/xeyreddin-qoca virtual
kitab sərgisində Xalq yazıçısı Anarın Xeyrəddin
Qoca haqda söylədiyi xatirələr,
yazıçının səhnələşdirilən dram əsərləri
haqqında məlumat da təqdim edilir. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan materialda Xeyrəddin
Qocanın müəllifi olduğu və ona xalq sevgisini
qazandıran “Biz bizə bənzərik”, “Yazdıqlarım,
yazılanlar”, “Ömür belə keçir”, “Xeyrəddin
Qocanın gülüşü” kimi kitabların qısa
annotasiyası, dövrü mətbuat nümunələri sərgilənir.
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.9.