“Belə demişdi Vaqif Səmədoğlu”
kitabının təqdimatı olub
Bu gün Azərbaycan Yazıçılar Birliyində
Xalq şairi Vaqif Səmədoğlu anılıb.
APA xəbər verir ki, anım tədbirində Xalq
şairinin “Belə demişdi Vaqif Səmədoğlu” adlı
fotolardan və aforizmlərdən ibarət kitabının təqdimatı
olub.
Tədbirdə çıxış edən Yazılar
Birliyinin katibi Səlim Babullaoğlu Vaqif Səmədoğlunun
həyatı, yaradıcılıq yolu barədə məlumat
verib. O qeyd edib ki, tədbir Vaqif Səmədoğlu Mərkəzi
ilə bərabər həyata keçirilib.
Vaqif Səmədoğlunun həyat yoldaşı
Nüşabə Babayeva-Vəkilova isə
iştirakçılara təşəkkür edib və “Belə
demişdi Vaqif Səmədoğlu” kitabının ərsəyə
gəlməsi barədə danışıb.
Daha sonra digər iştirakçılar Vaqif Səmədoğlu
barədə xatirələrini bölüşüb.
Qeyd edək ki, bu gün Xalq şairi Vaqif Səmədoğlunun
vəfatından 10 il ötür.
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.9.