Azərbaycan Milli
Kulinariya Assosiasiyasının hesabat iclası keçirilib
Yanvarın 28-də Azərbaycan Milli Kulinariya
Assosiasiyasının (AMKA) ötən ilin nəticələrinə
həsr olunmuş hesabat iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, assosiasiyanın
prezidenti, Əməkdar mədəniyyət işçisi
Tahir Əmiraslanov qurumun ötənilki fəaliyyəti
haqqında məlumat verib. Qeyd edib ki, AMKA tərəfindən
2024-cü ildə ölkəmizdə və xaricdə bir
çox tədbirlər, layihələr həyata
keçirilib.
Peşəkar Qənnadıçılar Birliyinin sədri
Eynur Nağdəliyev dünya ölkələrində Azərbaycan
restoranlarının sayının çox olmasının
vacib olduğunu bildirib.
Tədbir çərçivəsində media
nümayəndələri və tərəfdaşlar “Təşəkkürnamə”
ilə təltif edilib. Mükafatçılar arasında
AZƏRTAC da yer alıb.
Daha sonra Azərbaycan Milli Kulinariya
Assosiasiyasının 40 illik yubileyi ilə bağlı 2025-ci
il üçün tədbirlər planı
açıqlanıb.
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.9.