Milli Kitabxanada yeni sərgilər

 

 Milli Kitabxanada şair Adıl Babayevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şair Adil Babayev – 100” və yazıçı-dramaturq Xeyrəddin Qocanın 75 illik  yubileyi münasibətilə “Yazıçı – dramaturq Xeyrəddin Qoca” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Sərgidə şair Adil Babayevin əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları, yazıçı - dramaturq, tənqidçi Xeyrəddin Qocanın əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet .- 2025.- 31 yanvar(№18).-S.9.