Nurəddin Qənbərin
yeni kitabı nəşr edilib
"Bakı-Şirvannəşr"də yazıçı-cərrah Nurəddin
Qənbərin "Yazdıqlarım
həyatımdır" adlı
kitabı çap olunub. Kitabda yazıçının
müxtəlif illərdə
yazdığı hekayə,
oçerk və məqalələri, eləcə
də əsərləri
haqqında yazılmış
rəylər, resenziyalar,
şeirlər toplanıb.
Kitaba yazıçının
son illərdə qələmə aldığı
"Yağlıvənd gölündə
faciə" pyesi də daxil edilib.
Mustafa Çəmənlinin redaktorluğu
ilə işıq üzü görən kitabda böyük sənətkar Məmməd
Arazın "Xalq müdrikdir, yanılmaz",
M.Çəmənlinin "Nurəddin Qənbərin romanları", Vaqif Yusiflinin "Söz də sağalda bilər", "Təndir
çörəyinin ətri",
Baba Vəziroğlunun
"Qara söyüd",
"Yaralı qağayı",
Fərman Kərimzadənin
"Ürəkdə tikişlər"
adlı məqalələri
də öz əksini tapıb.
Bu məqalələr
Nurəddin Qənbərin yaradıcılığına
güzgü tutmaq, onun nəsrinin bədii məziyyətlərini
əks etdirmək baxımından maraqlıdır.
S.MÜRVƏTQIZI