"Leyli və Məcnun" multimedia tərtibatında
ifa olunacaq
Məşhur violonçel ustası
Yo-Yo Ma özünün "İpək Yolu" layihəsinin on illiyi şərəfinə Şimali
Amerikada bir sıra konsertlər keçirəcək. Layihənin məqsədi böyük
ticarət yolunda yaşayan xalqların musiqi ənənələrinə
diqqət yönəltmək,
Şərq və Qərb arasında musiqi əlaqələrinin
möhkəmləndirilməsinə yardım göstərməkdir.
Sözügedən layihənin yubileyi
şərəfinə konsert
qrupu altı şəhərə - Providens
(Rod-Aylend ştatı),
Vaşinqton,
Son 10 ildə "İpək Yolu" layihəsi çərçivəsində bu orkestr dünyanın
25 ölkəsində konsert
proqramı ilə çıxış edib. Bu il isə orkestr ənənəvi Şərq musiqi alətlərindən istifadə
etməklə fərqli
proqram hazırlayıb.
Orkestrin yeni işi Üzeyir
Hacıbəyovun "Leyli
və Məcnun" operasının multimedia tərtibatıdır.
Layihədə məşhur muğam
ifaçısı Alim
Qasımov və onun qızı Fərqanə Qasımova iştirak edirlər.
İndiana Universitetinin və
Bakı Musiqi Akademiyasının professoru
Aidə Hüseynova layihəyə məsləhətçi
kimi cəlb olunub.
ARİFƏ
525-ci qəzet.- 2009.- 1 aprel.- S.7.