Gəncədə Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində
ilk sərgi açılacaq
Gəncə şəhərindəki
Dövlət Rəsm Qalereyasında I Ümumrespublika Dekorativ-Tətbiqi
Sənət Festivalı çərçivəsində ilk sərginin
açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, aprelin 2-də keçiriləcək
açılış mərasimində
"Göygöl" Dövlət
Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı
Alətləri Orkestrinin
iştirakı nəzərdə
tutulur. Bu münasibətlə görkəmli
ədib və alim Mir Cəlal
Paşayevin ev-muzeyində festival iştirakçıları ilə
görüş və
konsert, N.Gəncəvi
adına şəhər
kitabxanasında isə
rəssamlarla görüş
təşkil olunacaq. Tədbirlərdə Mədəniyyət
və Turizm Nazirliyinin rəhbər işçilərinin, tanınmış
mədəniyyət xadimlərinin
iştirakı gözlənilir.