Azərbaycanlı rəssam Türkiyə dövlət
adamlarının mum heykəllərini hazırlayıb
Türkiyədə çalışan
azərbaycanlı rəssam
və heykəltəraş
Sənan Eynullayev Türkiyənin dövlət
adamları və siyasətçilərinin bal
mumundan heykəllərini
düzəldib. APA-nin Türkiyə
bürosunun xəbərinə
görə, heykəlləri
hazırlanan siyasətçi
və dövlət adamları arasında baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal
mumundan olan heykəllər İstanbul
Əmniyyət Müdirliyinin
şəhərin Mərtər
səmtindəki Polis Mərkəzində nümayiş
etdiriləcək.
Qeyd edək ki,
1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltəraş
Sənan Eynullayev İncəsənət Universitetində
Mikayıl Abdullayevin tələbəsi olub. O, 1992-ci ildən
yaradıcılığını Türkiyədə davam
etdirir.