Dövlət Film Fonduna yeni materiallar təqdim edilib

 

Azərbaycanın görkəmli kinodramaturqu İmran Qasımovun Lipetsk Film Fondunda saxlanılan fotoneqativləri Dövlət Film Fonduna təqdim olunub. Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. C. Quliyev bildirib ki, təqdim olunan fotoneqativlər artıq fondun arxivindədir.

Dövlət Film Fondunun təşkilatçılığı ilə görkəmli dramaturq Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Muzey Mərkəzində aprelin ortalarında təşkil olunacaq. Fondun təşkilatçılığı ilə keçiriləcək növbəti tədbir isə kinorejissor Vaqif Mustafayevin 1989-cu ildə çəkdiyi "Yaramaz" filminin 20 illiyinə həsr ediləcək. Tədbirin Dövlət Musiqili Komediya Teatrında mayda keçirilməsi planlaşdırılır.

   

 

525-ci qəzet.- 2009.- 4 aprel.- S.23.