ATƏT nümayəndələri
Naxçıvan Dövlət
Universitetində olublar
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının (ATƏT)
Bakı ofisinin rəhbər əvəzi Aleksis Şahtaxtinski və
qurumun bir qrup nümayəndəsi Naxçıvan Dövlət
Universitetində (NDU) olub. NDU-dan "525"ə verilən məlumata
görə, universitetin rektoru, akademik, millət vəkili
İsa Həbibbəyli ATƏT nümayəndələrilə
görüşdə rəhbərlik etdiyi ali məktəbin
beynəlxalq təşkilatlarla əməkdaşlığa
böyük əhəmiyyət verdiyini, Avropa
Şurasının "Tempus", BMT-nin distant təhsillə
bağlı proqramlarında, eləcə də NATO-nun iki layihəsində
iştirak etdiyini deyib. Rektor dünya elminin və təhsilinin,
müasir texnologiyanın ən son nailiyyətlərinin tətbiqində
maraqlı olan universitetin ATƏT-in də həyata
keçirdiyi proqramları dəstəklədiyini bildirərək
bu təşkilatın müşahidəçilərinin
NDU-da həyata keçirdiyi "Yaşıl paket"
proqramının qlobal ekoloji problemlərin öyrənilməsi
baxımından dəyərli olduğunu söyləyib.
ATƏT-in Bakı
Ofisinin rəhbər əvəzi Aleksis Şahtaxtinski ATƏT-in
üç istiqamətdə - siyasi və hərbi, iqtisadi və
ekoloji, insani istiqamətlərdə dünya dövlətləri
ilə tərəfdaşlıq həyata keçirdiyini
bildirib. Heyət rəhbəri ATƏT-in sırf
maarifçilik xarakterli layihələr - beynəlxalq hüquq,
biznes və marketinqin əsasları mövzularında universitetdə
keçiriləcək seminarlar haqqında ətraflı məlumat
verib. Universitetdəki təhsil səviyyəsindən və tədris
prosesindən məmnunluq ifadə edən Şahtaxtinski burada
gender tarazlığının qorunmasından - professor-müəllim
heyəti və tələbələr arasında
qadınların böyük əksəriyyət təşkil
etməsindən razılıqla danışıb.
Akademik İsa Həbibbəyli
Azəbaycan tarixi şəcərə cəmiyyətinin həqiqi
üzvü Musa Quliyevlə birgə tərtib etdiyi, Azərbaycan
tarixində böyük rol oynamış Şahtaxtinskilərin
nəsil şəcərəsini və digər hədiyyələri
bu nəslin davamçısı Aleksis Şahtaxtinskiyə təqdim
edib.
525-ci qəzet.- 2009.- 4 aprel.- S.2.