Ramiz və Əyyub Quliyevlərin Polşada konserti olacaq
Aprelin 17-də
Polşanın Koşalin şəhərində Stanislav
Monyuşka adına Dövlət Filarmoniyasının
Böyük Zalında Azərbaycanın xalq artisti, tarzən Ramiz
Quliyev və beynəlxalq müsabiqələr laureatı,
dirijor Əyyub Quliyev Koşalin Dövlət Filarmonik Orkestri ilə
birgə konserti keçiriləcək. Həmin gecə Ə.Quliyevin
dirijorluğu altında Koşalin Filarmonik Orkestri dahi bəstəkarlar
Vaqner və Bethovenin simfonik əsərlərini ifa edəcək.
Bununla yanaşı, Koşalin şəhərində ilk dəfə
olaraq Ramiz Quliyevin ifasında Azərbaycan bəstəkarları
Hacı Xanməmmədov və Həsən Rzayevin tar və
simfonik orkestr üçün yazılmış əsərləri
səslənəcək.
Aprelin 24-də isə
Polşanın Çestokova şəhərinin Dövlət
Filarmoniyasında böyük bəstəkar Mendelsonun 200
illiyinə həsr olunmuş təntənəli konsert
keçiriləcək. Mendelsonun əsərlərindən ibarət
konsert proqramını idarə etmək istedadlı gənc
dirijor Əyyub Quliyevə həvalə olunub.
525-ci qəzet.- 2009.- 7 aprel.- S.7.