100 illiyə layiqli töhfə

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, milli romans janrının banisi Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfansı giriş sözü ilə ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Maral Manafova açıb. "Musiqişünaslıq" kafedrasının müdiri, dosent Ellada Hüseynova bəstəkarın qısa sürən ömrü, parlaq istedadının məhsulu olan dəyərli əsərlərinin məziyyətləri barədə çıxış edərək fakültədə təhsil alan tələbələrin A.Zeynallının sənətkar dəst-xəttinə böyük maraq göstərdiklərini vurğuladı. Bu marağı konfransda çıxış edən tələbələrdən Ülkər Əliyevanın, Vüsalə Cəfərovanın, Nabat Əsgərovanın bəstəkar barədə söylədiklərindən də bilmək olardı.

"Asəf Zeynallının yaradıcılıq portreti", "Asəf Zeynallı romans janrının banisi kimi". "Asəf Zeynallının simfonik yaradıcılığ və fortepiano üçün yazılmış əsərləri" mövzusunda tələbə-musiqiçilərin məruzələri, Zərif Şıxəliyeva və Aygün Məmmədovanın ifaları dinləyicilər tərəfindən hərarətlə qarşılandı. Tələbələrin ifasında səslənən "Uşaq süitası", "Cahargah" pyesi, "Ölkəm" romansı, "Deyişmə" kimi əsərlər bəstəkarın ölməz xatirəsinə layiqli töhfə, tələbə ehtiramı idi.

 

  

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.7.