"Bulaq üstə bitən susuz laləyəm"
KİTABININ "NATƏVAN" KLUBUNDA TƏQDİMATI
OLDU
Yazıçılar Birliyinin "Natəvan"
klubunda AYB-nin filologiya elmləri doktoru Xədicə Muradın kitabı təqdim olundu. Qeyd edək
ki, "Bulaq üstə bitən susuz laləyəm" müəllifin sayca beşinci kitabıdır.
İlk səhifəsində "Ehtiyacın
qolları o qədər
qüvvətlidir ki, bu qolların gücünə çoxu
bələddir. O, səni
sıxacaq, sıxdıqca
da heydən düşəcəksən. Amma insanı
yaşamağa məcbur
edən bir şey də var, onun iç
dünyası" yazılmış
kitab xalq şairi Söhrab Tahirin fikirləri ilə başlayır.
Tədbirdə ilk söz
alan filoloq
Asif Rüstəmli şeirin poetik duyğuluların gündəliyi
olduğunu qeyd etdi, müəllifin yaradıcılığından söz açdı və onun digər
kitabları kimi bu kitabının da uğurlu olacağını dedi. Sonra çıxış edən
Xədicə Muradın
müəllimi Teymur Kərimli öz tələbəsini təbrik
etdi və ona yaradıcılıq uğurları arzuladı.
Teymur Kərimli tələbəsinin
dahi Nizami Gəncəvinin yaradıcılığını
geniş araşdırmasını
yüksək qiymətləndirdi.
Şairə-publisist Fəridə Ləman
kitabdakı şeirlərdə
zəmanədən, həyatdan
gileyin öz əksini tapdığını
bildirdi, həmkarına
artıq ədəbi mühitdə öz sözünü desə də daha da
sevilməyi arzuladı.
Şair Oqtay Rza Xədicə xanımı az
vaxt ərzində tanısa da, onun çox gözəl insan olduğunu dedi. Digər çıxışçılardan fərqli olaraq, Oqtay Rza kitaba
tənqidi yanaşdı
və kitabdakı şeirləri yaxşı
təhlil etdiyini bildirərək burada səmimiyyətin güclü,
bədiiliyin isə zəif olduğunu vurğuladı. Ancaq buna
baxmayaraq bir neçə şeirlərdən
misal gətirərək
"Güzgü" haqqında
olan mənsur şeiri çox bəyəndiyini söylədi.
Sonra söz "Xalq qəzeti"nin
müxbiri Aidə Şükürlüyə verildi.
O, Xədicə Muradın
gözəl insan, yaxşı yol yoldaşı, gözəl
ana olduğunu dedi. Daha sonra isə
söz şair Fərhad Mədətliyə
verildi. O, bu kitabda yer alan şeirlərin əsasən gənclərə
ünvanlandığını vurğuladı və kitabı oxumağı tövsiyə etdi.
Türkan ELÇİNQIZI
525-ci qəzet.- 2009.- 8 aprel.- S.7.