Dövlət Gənclər Gənc Tamaşaçılar teatrları birləşdirilib

 

Azərbaycan Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilib. Bu barədə APA-ya məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova bildirib ki, iki teatrın birgə fəaliyyət göstərməsi barədə Nazirlər Kabineti qərar qəbul edib. Bundan sonra Azərbaycan Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birgə Dövlət Gənc Tamaşaçılar Teatrı adı altında fəaliyyət göstərəcək.

Yeni yaradılmış Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor vəzifəsini Mübariz Həmidov icra edəcək. V. Novruzovanın sözlərinə görə, Gənclər Teatrının bütün yaradıcı heyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, hazırda əsaslı təmir işləri aparılan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.    

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.7.