Azərbaycan-Litva biznes-forumu işə
başladı
İKİ ÖLKƏ SAHİBKARLARI ARASINDA BİR
NEÇƏ MÜQAVİLƏ İMZALANA BİLƏR
Dünən Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) və
Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(Azpromo) təşkilatçılığı
ilə Azərbaycan-Litva
biznes forumu işə başlayıb. "APA-Economics"in
məlumatlına görə,
tədbirdə çıxış
edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan
bütün Baltikyanı
ölkələrlə, o cümlədən
Litva ilə sıx əməkdaşlıq
edir. Nazir müavininin sözlərinə
görə, ötən
il ərzində ölkədə ÜDM-in artım
tempi 10,8% təşkil
edib: "Bu göstərici
ötən illərdən
bir qədər az olsa da,
Azərbaycan stabil olaraq inkişaf edir".
N.Səfərov qeyd edib
ki, 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına
60 mlrd. ABŞ dolları həcmində investisiya
yatırılıb və bunun 70%-ni xarici investisiyalar təşkil
edir. Daxili investisiyaların artırılması isə ölkədə
birbaşa sahibkarlığın inkişafı ilə
bağlıdır.
N.Səfərov bildirib
ki, son 5 il ərzində Azərbaycanda 750 min yeni iş yeri və
20 min müəssisə açılıb. Həmçinin,
işsizlik səviyyəsi 1,1%-dir, yoxsulluğun səviyyəsi
isə 46%-dən 13%-ə düşüb.
Azərbaycanda
sahibkarlığın inkişafı və biznesin
aparılması üçün əlverişli mühitin
olduğunu bildirən N.Səfərov qeyd edib ki, Litva ilə Azərbaycan
arasında siyasi və iqtisadi əlaqələr inkişaf
etdirilir. Lakin iqtisadi əlaqələr istənilən səviyyədə
deyil: "Ötən il ərzində iki dövlət
arasında ticarət dövriyyəsinin həcmi 26,3 mln. dollar
olub. Ümid edirəm ki, bugünkü biznes forum iki ölkə
arasında ticarət dövriyyəsinin artmasına səbəb
olacaq".
Azərbaycanda iqtisadi
inkişafdan məmnunluğunu bildirən Litvanın xarici
işlər naziri Viqaudas Uşatskas bu gün Bakıda Litva
Ticarət Evinin açılmasının iki ölkə
arasında inkişafın yaxşılaşmasına səbəb
olacağını vurğulayıb.
Nazir qeyd edib ki, ötən
il ərzində Litvanın xarici ticarət dövriyyəsi 50
mlrd. ABŞ dolları olub: "Ümid edirəm ki, Azərbaycan
Litvanın aktiv tərəfdaşları sırasına daxil
olacaq".
Tədbirdə Azpromo-nun
prezidenti Rəhim Hüseynov Azərbaycanın investisiya
imkanları, eyni zamanda Litvanın İxracın və
İnvestisiyaların Təşviqi Departamentinin direktoru Petras
Şimelyunas analoji təqdimatla çıxış ediblər.
Qeyd edək ki, tədbir
çərçivəsində iki ölkənin iş
adamları arasında işgüzar görüşlər
keçirilir.
Azərbaycan-Litva
biznes-forumu çərçivəsində iki ölkənin
sahibkarları arasında aparılan işgüzar
danışıqların yekununda bir sıra müqavilələrin
imzalanması gözlənilir. "APA-Economics"in məlumatına
görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin
müavini Niyazi Səfərov bildirib. N.Səfərovun sözlərinə
görə, belə görüşlərin keçirilməsində
əsas məqsəd iki ölkə arasında konkret layihələrin
həyata keçirilməsi istiqamətində real
addımın atılmasıdır: "Azərbaycan və
Litva arasında konkret layihələr üzrə heç bir sənəd
imzalanmasa da, iki ölkənin sahibkarları arasında bir
sıra müqavilənin imzalanması gözlənilir".