Sumqayıtlıların "Xilaskar"ı Rus Dram Teatrının səhnəsində

 

Sumqayıta şəhər statusu verilməsinin 60 illik yubileyilə bağlı mədəni proqram çərçivəsində H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı Bakıda "Xilaskar" tamaşasını təqdim edib. S.Vurğun adına Rus Dram Teatrında nümayiş etdirilən tamaşa tanınmış dramaturq Aqşin Babayevin sənədli pyesi əsasında hazırlanıb. Pyesdə XX əsrin sonlarında Azərbaycanda baş verən real hadisələr, 1993-cü ilin iyununda xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması, Azərbaycanın parçalanmaqdan xilas olması öz əksini tapıb. Tamaşaya Sumqayıt teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Ümummilli liderin səhnədəki rolunu əməkdar artist N.Şirməmmədov ifa edib. Sumqayıt səhnəsində dörd mövsüm nümayiş etdirilən tamaşa Bakı səhnəsində də maraqla qarşılanıb.

Əsərin nümayişinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev də tamaşa ediblər.

  

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 9 aprel.- S.7.