Məmməd Səid Ordubadi yad edilib
Görkəmli yazıçı və satirik şair Məmməd Səid Ordubadinin xatirə muzeyində ədibin 137 illiyi ilə əlaqədar tədbir keçirilib. Muzeyin direktoru Lalə Abbaszadə, elmi işçi İradə Vəliyeva, filologiya elmləri doktoru Himalay Qasımov, "Aytam" Uşaqların Mədəni Maariflənməsi
İctimai Birliyinin sədri Aygün Zamanlı və başqaları çıxış
edərək, M.S.Ordubadinin
həyat və yaradıcılığından əsərlərinin əhəmiyyətindən
söz açıblar.
Çıxışlarda dəyərli tarixi
romanlar müəllifi
kimi tanınan sənətkarın ədəbi
irsinin daha dərindən öyrənilməsinin
və yeniyetmələr
arasında təbliğinin
əhəmiyyəti vurğulanıb.
Yazıçının qardaşı qızı Nəsibə Ordubadi tədbir iştirakçılarına
minnətdarlığını bildirərək, əmisi ilə bağlı xatirələrini danışıb.
Sonda İncəsənət
Gimnaziyası şagirdlərinin ifasında ədibin satirik
şeirlərindən ibarət ədəbi-bədii kompozisiya
təqdim olunub.
525-ci qəzet.- 2009.- 10 aprel.- S.7.