Litva musiqiçiləri
Bakıda konsert veriblər
Dövlət
Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin
Litvanın M.Rostropoviç adına Fondunun musiqiçilərilə
birgə konserti keçirilib. Litvanın ölkəmizdəki
səfiri Kestutis Kudzmanas konserti xarici işlər naziri Viqaudas
Uşatskasın Azərbaycana uğurlu səfərinin məntiqi
yekunu kimi dəyərləndirib: "Bakı İslam mədəniyyətinin,
Vilnüs isə Avropa mədəniyyətinin
paytaxtıdır. Zənnimcə, bu, çox rəmzi bir hadisədir".
Konsertdə solist kimi
Marta Qriqalyunayte, Rüstəm Zeynalov (fortepiano), Zilvinas
Brazauskas (klarnet), Algirdas Soçak (violin)
çıxış ediblər. Onların ifasında xarici bəstəkarların
klassik əsərləri səslənib. Konsertə xalq artisti
Teymur Göyçayev dirijorluq edib. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Litvanın xarici işlər
naziri Viqaudas Uşatskas, millət vəkilləri, ölkəmizdə
akkreditə olunmuş diplomatlar da konserti dinləyənlər
sırasında olublar.
Sevinc MÜRVƏTQIZI