Kinorejissor Tofiq İsmayılovun
yubileyi qeyd olunub
Aprelin 8-də Rəşid
Behbudov adına Mahnı Teatrında xalq artisti, görkəmli
kino xadimi Tofiq İsmayılovun anadan olmasının 70, yaradıcılığının 50 illiyinə həsr edilmiş yaradıcılıq
gecəsi keçirilib.
Tədbirin aparıcısı professor
Rafael Hüseynov əvvəlcə
görkəmli rejissorun
keçdiyi həyat yoluna nəzər salıb. R.Hüseynov
bildirib ki, Sovet repressiyaları dövründə "xalq
düşməni"nin
oğlu kimi dünyaya gələn Tofiq İsmayılov öz istedadı və fəaliyyəti sayəsində xalq artisti adını qazanıb. Uzun illər kino
sahəsində çalışan
T.İsmayılov 30-dan artıq
bədii və sənədli filmin rejissorudur. Azərbaycan milli kinosunda
ilk çoxseriyalı və
uşaq filmləri məhz onun adı ilə bağlıdır. T.İsmayılovun Azərbaycan kinosunun inkişafındakı xidmətləri
təkcə bundan ibarət deyil. O həm də 20 ildən artıq Azərbaycan İnsəcənət
Universitetində pedaqoq
kimi çalışıb.
Bu gün onun
yetirmələri arasında
30 xalq artisti, 50- dən artıq əməkdar artist var.
Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik
məktubunu oxuyub. Xalq artistləri
Amaliya Pənahova, Əminə Yusifqızı
və başqaları
da çıxış
edərək, T.İsmayılova
xoş arzularını
çatdırıblar. Tədbirdə T.İsmayılovun yaradıcılığını əks etdirən sənədli film və fotoqalereya, eləcə də müəllifi olduğu filmlərdən kadrlar nümayiş etdirilib.
Aynur QULİYEVA
525-ci qəzet.- 2009.- 11 aprel.- S.23.