Hər səhər
"Azərbaycan"a tələsən
insane
O, SÖZÜNÜN KƏSƏRİNİ VƏ
MÜVAZİNƏTİNİ QORUYUB SAXLAYAN JURNALİSTLƏRDƏNDİR
İnsan öz doğulduğu torpağa,
o yerin-yurdun dağına,
çayına, qayasına
bənzəyir desəm,
yanılmaram. Çünki
sirrinə, möcüzəsinə
bələd olmağa
çalışdığımız təbiətin özü doğulan körpənin taleyinə ata-ana qədər yaxındır,
əzizdir.
Kür çayı
başlanğıcını Türkiyədən alıb
Azərbaycana axırsa,
bu çayın sağında və solunda doğulan insanlarda kürəbənzərlik
nişanələri olmalıdır
və var da. Kür qırağının
meşələrində, seyrangahlarında
şairlər, yazıçılar,
ustad aşıqlar daha çox olur. Vaxtilə Qarsı, Ərzurumu da öz coğrafi
sərhədlərində əhatələyən
İrəvan mahalı,
Qazaxa söykənən
Göyçə, Şərur-Dərələyəz
də öz təbiətlərinin özəlliklərini
qoynuna aldığı,
qucduğu insanlarında
bu və ya digər formada
əks etdiriblər. Elə həmkarım Səyyad Ağbabalı kimi.
Mən Səyyad
müəllimdən əvvəl
Ağbabanı tanımışam.
Onun təbiətindən,
böyüdüb boya-başa
çatdırdığı şəxsiyyətlərindən məlumatım olub. Mahalın şeir, sənət xiridarları barəsində oxumuşam.
Bir də oxumuşam ki, erməni dəhşətlərini
Ağbaba mahalı öz tarixinin faciəsi kimi əbədi olaraq sinəsinə həkk edib. Bəlkə də Səyyad Ağbabalını jurnalistikaya
gətirən həmin
ağrı-acı, yurd
sevgisi, vətən həsrəti olub. Onun radio və televiziya verilişlərində,
qəzet səhifələrində
dilə gətirdikləri
də Azərbaycanın
tarixi torpaqlarına sevgi üstə köklənib. Tanınmış
jurnalistin analitik üslubda qələmə
aldığı publisistikasının
kökündə də
bütövlükdə Azərbaycanın,
o cümlədən də
indi işğal altında olan Qərbi Azərbaycan torpaqlarının taleyi, tarixi, yaşadığı
faciələr durur. Onun AzTV-də 20 yanvar və Xocalı faciəsinə, Şuşanın işğalına
həsr etdiyi və bir çox
məqamları ilə
indi də yaddaşlarda qalan silsilə verilişləri
də deyilənlərə
sübut, örnəkdir.
Səyyad Ağbabalı
yaşadığı günü
yazmır, yaşadıqlarımızın
sabah nələrə
gətirib çıxaracağını
qələmə alır,
sistemləşdirir, analiz
edir və məntiqlə proseslərin
nə ilə nəticələnə biləcəyini
göstərir.
Jurnalistikamızın indiki durumunda peşəkarların
qarşısında duran
"öncə vətəndaş,
yoxsa jurnalist?" sualına Səyyad Ağbabalının yəqin
ki, bir cavabı
var: öncə vətəndaş! Bu doğru
seçimdir. Çünki
hər bir proses, fakt, ilk olaraq vətəndaş mövqeyi süzgəcindən
keçirilməli, onun
dövlətə, dövlətçiliyə
necə xidmət etməsi nəzərə
alınmalıdır. Mənim
tanıdığım Səyyad
Ağbabalı öncə
vətəndaş, sonra
isə peşəkar jurnalist olaraq ölkədə baş verən ictimai-siyasi proseslərə yanaşıb.
O, jurnalist olaraq Azərbaycanın milli maraqlarının qorunması
üçün heç
vaxt imkanlarını əsirgəməyib. Səyyad
Ağbabalı ən çətin durumlarda, vətəndaş müharibəsinin
başlayacağı anlarda
da bu prinsiplərə
sədaqətli olduğunu
göstərib.
Səyyad Ağbabalı
ölkədə vaxtilə
alternativi olmayan, rəqabətsiz mühitdə
fəaliyyət göstərən
AzTV-nin informasiya siyasətinin formalaşdırılmasında
əməyi olan insanlardandır. Bu insanlardan
həmin dövrdə
peşəkarlıq, informasiya
siyasətində balanslılıq,
bəzi hallarda hətta etikanı gözləmək də az qala doğru
sayılmırdı. Çünki
Azərbaycan müstəqilliyini
yenicə bərpa etmişdi, Qarabağda müharibə gedirdi, ölkədə möhkəm
ictimai-siyasi sabitlikdən
danışmaq doğru
deyildi. Elə ağır zamanlarda da Səyyad Ağbabalı peşəkarlığına
söykərənək ölkənin
durumuna hesablanan bir çox məqamları nəzərə
alır və ondan çıxış
edərək informasiyaları
və verilişləri
tamaşaçıya çatdırırdı.
Peşəkarlıq həm
də baş verənlərin alt qatındakı
gizlinləri, təhlükəni
nəzərə almaq,
ustalıqla yazıya köçürmək, efirdə
səsləndirməkdir. Bu baxımdan Səyyad Ağbabalı sovet jurnalistika ənənəsindən
çağdaş jurnalistikamıza
keçiddə öz
müvazinətini, sözünün
kəsərini qoruyub saxlayan çox az sayda jurnalistlərdən
biridir.
Azərbaycanın siyasətinin
patriarxı, türk dünyasının nadir şəxsiyyətlərindən,
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevlə bir jurnalist kimi
işləmək nə
qədər sevindirici,
öyünüləsi hal
idisə, bir o qədər də iradə, peşəkarlıq,
ciddilik və böyük məsuliyyət
tələb edirdi. Səyyad Ağbabalı öz fəaliyyətində,
ömürlüyündə bunları da yaşadı.
Həmkarım Səyyad
Ağbabalı öz
"Arena"sı ilə
yanaşı, bu gün ölkəmizin aparıcı qəzetlərində
köşə yazıları,
analitik məqalələri
ilə çıxış
edir, oxucu auditoriyasını qoruyub saxlayır. Bu fakt həm də onun göstəricisidir ki, onun çörəyi
həmişə qələmindən
çıxıb və
o bu sənətə cani-dildən bağlıdır.
Bəzən jurnalistlərimiz
telekanallarda öz karyeralarını qurduqdan
sonra başqa sahələrə üz tutur, xüsusilə də biznes və sahibkarlıqla məşğul olurlar. Məncə, bu insanlar qələmin imkanlarını başqa səmtə yönəltməklə
jurnalistikamıza bir növ arxa çevirmiş
olurlar. Elələrindən
fərqli olaraq Səyyad Ağbabalı hər səhər "Azərbaycan" nəşriyyatına
tələsir. Biz onunla
indi də nəşriyyatın 7-ci mərtəbəsində
qarşılaşanda dövrün
gərdişini yox, Azərbaycanın dərdini
paylaşırıq. Şəxsi
zəmində dərddən-qəmdən
uzaq olasan, Səyyad müəllim. Bu
gün Səyyad müəllimin doğum günüdür. Ən xoş arzularla təbriklərə qoşuluram.
P.S. "525"in kollektivi tanınmış
jurnalist, səmimi insan və gözəl
dost olan Səyyad müəllimi doğum günü münasibətilə
təbrik edir, ona cansağlığı,
yaradıcılıq uğurları
arzulayır. Ad gününüz
mübarək, Səyyad
müəllim!
Akif AŞIRLI,
"Şərq" qəzetinin
baş redaktoru
525-ci qəzet.- 2009.- 14 aprel.- S.7.