Budapeştdə Azərbaycan Kinosu Həftəsi olacaq
Macarıstanın paytaxtı Budapeştdə
mayın 6-dan 16-dək Azərbaycan
Kinosu Həftəsi keçiriləcək. Mədəniyyət
və Turizm Nazirliyindən verilən məlumata görə, proqramda "Günaydın,
mələyim", "40-cı qapı", "Hökmdarın
taleyi", "Girov",
"Hər şey yaxşılığa doğru",
"Özgə vaxt",
"Əlvida, Cənub
şəhəri", "Ovsunçu" kimi nisbətən yeni filmlərlə yanaşı,
"O olmasın, bu olsun", "Şərikli
çörək", "Gün keçdi",
"Nəsimi", "Dədə
Qorqud" və başqa klassik ekran əsərlərinin də nümayişi nəzərdə tutulub.
Macarıstana gedəcək Azərbaycan
nümayəndə heyətində
aktyorlardan Fuad Poladov, Ayan Mirqasım,
Mehriban Zəki və başqaları təmsil olunurlar. Azərbaycanlı
aktyorların macarıstanlı
tamaşaçılarla, oradakı
həmkarları ilə
görüşmək, bu
ölkənin kino sənayesi ilə tanışlıq imkanının
olacağı gözlənilir.
S.MÜRVƏTQIZI