Gəncədə II Uşaq Kitab Festivalı keçirilib

 

Gəncə şəhərində "Övlad işıqdır" II Uşaq Kitab Festivalı təşkil olunub. Festival "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" tədbirlər silsiləsi çərçivəsində baş tutub. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, festivalda "Ana dili - hikmət xəzinəsi", "Çox oxusan, çox bilərsən", "Ulu Gəncəm", "Mənim nağıl dünyam" başqa adda 700-dən artıq kitab, "Fırçaların rəqsi", " yoğurdum, yapdım, Görün nələr yaratdım" mövzulu əl işlərindən ibarət sərgilər nümayiş olunub. Tədbirin bədii hissəsində Gəncə Dövlət Kukla Teatrının aktyorları, musiqi məktəbləri kollektivlərinin çıxışları festival iştirakçılarına təqdim olunub. Şəhər ümumtəhsil məktəbləri şagirdlərinin ifasında "Mənim dilim - kimliyim" ədəbi kompozisiyası, Özəl Türk Liseyi şagirdlərinin ifasında Nizami Gəncəvinin "Xeyir Şər" əsərinin motivləri əsasında tamaşa göstərilib, balacaların təqdimatında rəqslər mahnılar ifa olunub.

Festival "Qalx ayağa, Azərbaycan" şeiri "Azərbaycan" mahnısının sədaları altında yekunlaşıb.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 15 aprel.- S.7.