Azərbaycan-Latviya biznes-forumu keçirilib

 

Ötən gün Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib. Biznes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) "Xəzər-Avropa" İnteqrasiya İşgüzar Klubunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Latviya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, enerji, maşınqayırma, ticarət, nəqliyyat, kimya, qida sənayesini və digər sahələri təmsil edən 10-dan çox şirkətin nümayəndəsi iştirak edib. Azərbaycan tərəfini isə biznes-forumda uyğun sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar təmsil edib.

Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Latviya arasına mövcud iqtisadi və digər əlaqələrdən bəhs edib. O, qeyd edib ki, Latviya Azərbaycanın, Azərbaycan isə Latviyanın etibarlı partnyorudur. "Bizim ölkələrimiz arasına dostluq münasibətləri var. Bu münasibətlər iqtisadi sahədə də öz əksini tapıb. Mən hesab edirəm ki, biz ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da genişləndirməliyik. Bu günkü biznes-forum da buna bir təkan olacaq", - deyə, N.Səfərov bildirib.

Nazir müavini qeyd edib ki, ötən il ərzində ölkədə ümumi daxili məhsulun (ÜDM) artım tempi 10,8% təşkil edib: "Son 18 il ərzində Azərbaycana yatırılan investisiyaların həcmi 60 mlrd. ABŞ dolları təşkil edib. Ötən il ərzində isə yatırılan investisiyaların həcmi 11 mlrd. dollardan çox olub ki, bunun da təxminən 70%-ni birbaşa sərmayələr təşkil edib". N. Səfərov, həmçinin, bildirib ki, sahibkarlığın regionların inkişafı Azərbaycan üçün prioritet sahələrdir: "Son 5 il ərzində Azərbaycanda 27 min müəssisə 770 min yeri yaradılıb. Yeni yerlərinin 550 mini daimidir 80%-i ölkə regionlarının payına düşür. Əgər 2002-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 47,7% təşkil edirdisə, 2008-ci ildə bu göstərici 13,2%-ə enib". Azərbaycan Latviyanın iqtisadi əlaqələrindən danışan N. Səfərov qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 8 mln. dollar təşkil edib: "Ümid edirəm ki, hər iki tərəf ticarət dövriyyəsinin həcmini yaxşılaşdırılması üçün lazım olan tədbirlər görəcək".

Daha sonra Latviya xarici işlər naziri Maris Riekstinş çıxış edib. O, vurğulayıb ki, Azərbaycanla Latviya arasındakı ticarət dövriyyəsi ötən il əhəmiyyətli dərəcədə artıb. "Latviya hökuməti Azərbaycanla daha sıx iqtisadi münasibətlər qurmaq istəyir. Biz hesab edirik ki, iki ölkə arasında mövcud ticarət dövriyyəsini daha da artırmaq olar. Eyni zamanda Latviya şirkətləri Azərbaycanda, Azərbaycan şirkətləri isə Latviyada daha çox sərmayə qoyuluşu həyata keçirə bilər. Biz azərbaycanlı iş adamlarını Latviyada görməyimizə şad olardıq. Bizim üçün sahibkarlığın inkişafı, yeni layihələrdə iştirak və investisiya yatırmaq əsas amillərdəndir"-deyə o, qeyd edib.

M. Riekstinş onu da bildirib ki, ötən il ərzində Azərbaycandan Latviyaya ixrac olunan məhsulların həcmi 30%, Latviyadan Azərbaycana gətirilən məhsulların həcmi isə iki dəfə artıb.

Tədbirdə AZPROMO-nun prezidenti Rəhim Hüseynov Azərbaycanın biznes imkanları və investisiya mühitinə dair təqdimatla çıxış edib. Biznes-forumda latviyalı sahibkarlar təmsil etdikləri şirkətlər barədə məlumat veriblər.

Sonra iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir. Görüşlərdə sahibkarlar arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2009.- 18 aprel.- S.12.