Turizm Assosiasiyası yaradılıb

 

Azərbyacanda Turizm Assosiasiyası yaradılıb. 8-ci "Turizm səyahət" beynəlxalq sərgisinin, eləcə 3-cü "Hər şey otel, restoran, supermarketlər üçün" Qafqaz beynəlxalq sərgisinin açılışı münasibətilə keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin Turizm idarəsinin rəhbəri Aydın İsmiyev bu barədə məlumat verib.

"Turizmin inkişaf etdiyi bütün ölkələrdə belə strukturlar yaradılıb. Azərbaycanda özəl sektora məxsus 250-ə yaxın turist şirkəti var və bu assossiasiya turist şirkətlərinin hüquqlarının müdafiə olunması, həmçinin onların fəaliyyətinə hər cür kömək göstərilməsi məqsədilə yaradılıb," - deyə A.İsmiyev məlumat verib.

"Bu gün Azərbaycanda dünyanın bütün markalı otelləri ya fəaliyyət göstərir, ya da yaxın vaxtlarda açılışı olacaq, qeyd etmək lazımdır ki, onlara hətta iqtisadi böhran dövründə belə, tələb azalmadığından qiymətləri düşmür," - deyə turizm idarəsinin rəhbəri bildirib.

A.İsmiyev qeyd edib ki, xidmət sahəsinin səviyyəsini qaldırmaq lazımdır və "bu, təkcə otellərə deyil, eləcə də dükanlara, nəqliyyata və s. aiddir."

"Biz mayda otellərdə, restoranlarda xidmətin səviyyəsinin qaldırılması məqsədilə Qəbələ və Nabranda treninqlər keçirməyi planlaşdırırıq," - deyə o bildirib.

"Azərbaycan sərgidə 35 turist şirkəti ilə təmsil olunacaq," - deyə mətbuat konfransında "Iteca Caspian LLC" şirkətinin direktoru Fərid Məmmədov bildirib.

2009-cu il aprelin 16-18-də Azərbaycanda 8-ci "Turizm və səyahət" beynəlxalq sərgisi, eləcə də 3-cü "Hər şey otellər, restoranlar, supermarketlər üçün" Qafqaz beynəlxalq sərgisi keçiriləcək. 8-ci "Turizm və səyahət" beynəlxalq sərgisində 20 ölkədən olan 78 şirkət iştirak edəcək, Azərbaycanın bölgələri, xüsusən, Qəbələ, Nabran, Quba, Lənkəran və digər bölgələrdəki otellər fəal təmsil olunacaq.

Eləcə də İordaniya, Malayziya, BƏƏ, İndoneziya, İraq, İspaniya, Yunanıstan, Tailand, Çin, İtaliya, İsveçrə və digər ölkələr öz turizm potensiallarını nümayiş etdirəcəklər.

Aprelin 16-da Levi kurortunun - məşhur Finlandiya və Skandnaviya qış kurortunun açıq təqdimat-seminarı olacaq.

İtaliya, Türkiyə, Ukrayna, Rusiya, Almaniyadan olan 20 şirkət 3-cü "Hər şey otellər, restoranlar, supermarketlər üçün" Qafqaz beynəlxalq sərgisində iştirak edəcəklər.

Sərgi çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə parlaq kulinariya şouları, aşpaz və barmenlər üçün ustad dərsləri keçiriləcək.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2009.- 18 aprel.- S.12.