Bəstəkar Ramiz Mirişlinin 75 yaşı
qeyd olunub
İbrahim Əbilov
adına Mədəniyyət Mərkəzində
görkəmli bəstəkar,
xalq artisti Ramiz Mirişlinin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi
keçirilib. Gecə
"Onlar bizim fəxrimizdir" silsiləsi
çərçivəsində baş tutub. Mədəniyyət və
incəsənət xadimlərinin
iştirak etdiyi tədbirdə bəstəkarın
yaradıcılığından, Azərbaycan musiqisinə verdiyi töhfələrdən
ətraflı söz açılıb.
Mərkəzin bədii
rəhbəri Mirəhməd Əsgərov yubilyarı təbrik
edərək, bəstəkarın mahnı janrının
ölməz nümunələrini yaratdığını
xüsusi vurğulayıb. Tədbirdə Mərkəzin
"Şəlalə" xalq çalğı alətləri
ansamblının ifasında bəstəkarın
mahnıları səsləndirilib.
S.MÜRVƏTQIZI