Misirin QİNA xalq musiqi qrupu Qafqaz Universitetində olub

 

Dünən Qafqaz Universitetində Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ölkənin QİNA xalq musiqi qrupunun üzvləri ilə görüş keçirilib. Qeyd edək ki, sözügedən musiqi qrupunun ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbə müəllim kollektivi ilə görüşləri təşkil olunacaq. Qrup həmçinin R.Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək. Görüşdə öncə qonaqlar üçün Qafqaz Universitetinin ərəb dilində tanıtım filmi nümayiş olunub.

Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru Mustafa Akdağ deyib ki, universitetlər tələbələrin hərtərəfli inkişafını təmin edən bilik ocaqlarıdır. Bu məqsədlə həm təhsil, həm təlim-tərbiyə, həm sosial mədəni mövzuda bir çox proqram tətbiq edilib: "Bu çərçivədə demək olar ki, dünyanın bütün ölkələrində universitetlər yerləşdiyi coğrafiya, xidmət etdikləri cəmiyyətin sosial, mədəni iqtisadi strukturuna görə öz proqramlarını hazırlamaqda tətbiq etməkdədirlər". Onun sözlərinə görə, müasir elm səviyyəsinə çatmağı çatdırmağı özünə hədəf seçən Qafqaz Universitetində tələbələrin sosial mədəni fəaliyyətlərini inkişaf etdirmək, universitet daxili xarici əlaqələr qurmaq məqsədilə Mədəniyyət Şöbə Müdirliyi yaradılıb.

M.Akdağ bildirib ki, universitetin özfəaliyyət dərnəklərində iştirak edən tələbələr bu ali təhsil ocağının tanıtım, əyləncə bayram proqramlarında, xatirə gecələrində yaxından iştirak edirlər. Dərnəklər Azərbaycan türk mədəniyyətlərinin ortaq milli dəyərlərini əks etdirən xalq mahnıları, rəqslər səhnəciklər nümayiş etdirirlər.

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş isə bildirib ki, universitetin klub özfəaliyyət dərnəklərində aktiv fəaliyyət göstərməsi tələbələrin gələcək həyatlarına müsbət təsir göstərir: "Bu qürurverici gerçəyi nəzərə alaraq tələbələr üçün gələcəkdə bu kimi imkanlar yaradılmalıdır".

Misirin Azərbaycandakı səfiri Sabir Əbdül Qədir Mansur qeyd edib ki, Azərbaycanla Misir arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur: "Mən əminəm ki, bu əməkdaşlıq daha da möhkəmlənəcək".

Sonra tədbir QİNA xalq musiqi qrupunun üzvlərinin çıxışı ilə davam edib.

 

   

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 22 aprel.- S.7.