İstanbul şeir festivalında
Azərbaycan da təmsil olunur
Aprelin 21-də Türkiyədə
IV Beynəlxalq İstanbul
Bəyoğlu Şeir
Festivalına start verilib.
Festivalın Danışma
Kurulu üzvü olan Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin yorulmaz
təbliğatçısı, istedadlı tərcüməçi-yazıçı
Yasemin Bayerin verdiyi məlumata görə, builki tədbirə dünyanın
32 ölkəsindən və
Türkiyənin müxtəlif
şəhərlərindən şairlər qatılıblar.
İstanbula gələn 43 əcnəbi
şair bu festivalın qonaqları sırasındadır. Festival
Dolmabaxça Sarayının
Medhal Salonunda təntənəli bir mərasimlə başlayıb.
Aprelin 26-dək davam edəcək IV Beynəlxalq İstanbul Bəyoğlu Şeir Festivalına Azərbaycandan
şair Çingiz Əlioğlu dəvət
alıb.
Təşkilat Komitəsinin nəşr etdiyi proqrama görə, şair Çingiz Əlioğlu aprelin 22-23-də təşkil
olunan ədbirlərdə
şeirlərini oxuyacaq.
Ölkələrarası ədəbi və mədəni əlaqələrin
inkişaf etməsi naminə bu festivalda bir sıra önəmli addımların atılması,
fikir mübadiləsi aparılması nəzərdə
tutulub.
Nigar RƏHİMOVA,
Azərbaycan Atatürk Mərkəzinin
elmi əməkdaşı
525-ci qəzet.-
2009.- 22 aprel.- S.7.