Kamal Abdullanın Almaniyada Mayns Universitetinin rəhbərliyilə görüşü olub

 

Görkəmli alim yazıçı, Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla Almaniyanın nüfuzlu Mayns Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub. BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, K.Abdulla sözügedən universitetin tələbə müəllimləri qarşısında Azərbaycan mədəniyyətinin tarixi bu günü haqqında mühazirə ilə çıxış edib. Rektor həmçinin "Kitabi-Dədə Qorqud"la yunan mifologiyasının müqayisəli təhlilini aparıb, "Dədə Qorqud" almanların "Nibelunqlar haqqında nəğmə" dastanları arasında paralellərdən danışıb, dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, hələ 2007-ci ilin oktyabrında professor Kamal Abdullanın təşəbbüsü ilə Bakı Slavyan Universiteti və Mayns Universiteti arasında "Dədə Qorqud" və "Nibelunqlar" dastanlarının müqayisəli öyrənilməsi haqqında 5 illik layihə razılaşması imzalanıb. Səfər zamanı K.Abdulla ilə Mayns Universitetinin rəhbəri arasında bu layihənin reallaşması istiqamətində atılacaq addımlar müzakirə edilib. Bundan başqa iki ali məktəb arasında müəllimlərin mübadiləsini həyata keçirmək barədə razılığa gəlinib. Bu razılaşmaya əsasən, Mayns Universitetinin müəllimləri BSU-nun tələbələrinə alman dilini, BSU-nun müəllimləri isə alman tələbələrə Azərbaycan dilini öyrədəcəklər. Volkenşteyn cəmiyyətinin sədri, professor Z.Hartman və Mays Universitetinin Türkologiya İnstitutunun müdiri, professor H.İushotenlə aparılan danışıqlar zamanı orada "Azərbaycan dili və mədəniyyəti" mərkəzinin yaradılması qərara alınıb.

Xatırladaq ki, BSU-nun təşəbbüsü və bilavasitə iştirakı ilə belə bir mərkəz artıq Moskva Dövlət Linqvistika Universitetində fəaliyyət göstərir.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 28 aprel.- S.7.