"İrs-Nasledie"nin yeni sayı çapdan çıxıb

 

Bugünlərdə "İrs-Nasledie" jurnalının 2009-cu ildə ilk sayı işıq üzü görüb. Dərgi baş redaktor Musa Mərcanlının "Azərbaycan - möcüzələr ölkəsi" yazısı ilə açılır. Yazıda baş redaktor jurnalın yeni dizaynla çıxmış bu sayının əsasən Azərbaycanın yeddi möcüzəsinin seçilməsinə həsr olunduğunu qeyd edib. "Azərbaycanın yeddi möcüzəsini seçirik" adlı növbəti yazı da birincinin davamı hesab oluna bilər. Məqalədə keçən il "İrs-Nasledie"nin "Azərbaycanın yeddi möcüzəsi" adlı müsabiqə keçirdiyi diqqətə çatdırılıb oxuculara möcüzələrin siyahısı təqdim edilib. Məqalədə oxuculardan elektron poçt vasitəsilə öz seçimlərini etmək, Azərbaycanın yeddi möcüzəsini seçmək xahiş olunur. Təqdim olunan möcüzələr sırasında Azıx mağarası, Atəşgah məbədi, Qarabağlar türbəsi, Qobustan, Qız qalası, Şəki xan sarayı, Gəncədəki Şamaxıdakı Cümə məscidi, Şəki Karvansarayı, Gəncədəki İmamzadə kompleksi, Qırmızı körpü, Mömünə Xatun türbəsi, Mərdəkan qalası, Xudafərin körpüsü başqa tarixi məkanlar, abidələr yer alıb. Dərgidə professor Əli Rəcəblinin Səfəvilər dövlətinin pul sistemi ilə bağlı məqaləsi verilib. Professor Arif Mustafayevin məqaləsində isə Xınalıq kəndinin tarix məişətinə güzgü tutulub. "Qədim yeni Təzəpir" yazısında Z.Alxanoğlu məscidin inşası tarixindən, içərisinin dizayn bədii tərtibatından söz açıb. Sergey Badyaginin "Bir az din haqqında" yazısında xristianlıq dini görüşləri haqqında fikirlər öz əksini tapıb. Dərgidə Azərbaycan atalar sözləri təqdim olunub onların rus dilindəki qarşılığı verilib.

Jurnalda ingilis dilində işıq üzü görən "Onlar cəzasız qalmamalıdır" məqaləsində Azərbaycan tarixində qanlı səhifə olan Xocalı soyqırımının günahkarlarından söhbət açılıb. Tibb elmləri doktoru Nadir İsmayılovun "Parapsixologiyaya elmi baxış" məqaləsində oxucuları maraqlandıran bir sıra faktlar mülahizələr yer alıb. Jurnalın ənənəvi "Analiz" rubrikasında Moisey Musulmanski "Rusiyada ermənilər haqqında danışır düşünürlər?" adlı məqaləsində bu suallara cavab tapmağa çalışıb. Dərgidə müxtəlif mövzulara aid başqa yazılar da dərc olunub.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 28 aprel.- S.7.