Türkiyədə Azərbaycan rəssamının fərdi sərgisi açılıb

 

Anadolu Karikatura Muzeyində azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadənin fərdi sərgisi təşkil edilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətindən APA-ya bildirilib ki, sərgidə rəssamın əsasən beynəlxalq müsabiqələrdə iştirak etmiş və mükafatlar qazanmış 70-dən artıq əsəri nümayiş olunub. Sərginin açılışında Anadolu Universitetinin rəhbərliyi, muzeyin direktoru professor Atilla Özer və Bayram Hacızadə çıxış edib. Türkiyənin Anadolu Universitetinin təşəbbüsü ilə keçirilən sərginin nümayişi mayın 8-nə qədər davam etməsi nəzərdə tutulub.

 

   

525-ci qəzet.- 2009.- 28 aprel.- S.7.